Qərəzli qətnamələr
regionda sülh prosesinə mane olur
Azərbaycan Respublikasının insan hüquqları üzrə
müvəkkili (ombudsman) Səbinə
Əliyeva Fransa parlamentinin aşağı
palatasında Azərbaycan
əleyhinə qəbul
edilmiş qətnaməyə
münasibət bildirib.
Bu barədə
AZƏRTAC-a Ombudsman aparatından
məlumat verilib.
Bildirilib ki, Fransa parlamentinin aşağı palatası
tərəfindən 2022-ci il noyabrın 30-da ölkəmiz əleyhinə
qəbul edilmiş, özündə heç bir həqiqəti əks etdirməyən təxribat xarakterli qərəzli qətnamə
Azərbaycanla Ermənistan
arasında münasibətlərin
gərginləşdirilməsinə və sülhyaratma prosesinə ciddi zərər verməkdədir.
Hələ 15 gün əvvəl Fransa Senatında qəbul olunmuş “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan
ərazisindən dərhal
geri çəkilməsi,
2020-ci il 10 noyabr tarixli razılaşmaya riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı
sülhün bərqərar
olmasına yönəlmiş
bütün təşəbbüslərin
təşviq edilməsi”
adlı qətnamədən
sonra yenidən ölkəmiz əleyhinə
qətnamənin qəbulu
Fransa parlamentinin beynəlxalq hüquqa hörmətsizliyini bir daha sübut edir.
“Hesab edirik ki, bir-birinin
ardınca belə qərəzli qətnamələrin
qəbulu nəinki Azərbaycanla Ermənistan
arasında sülh prosesinə mane olur, regionda siyasi, iqtisadi və mədəni əlaqələrin
inkişafına mənfi
təsir göstərir.
Bu qətnamə
ilə Fransa Ermənistanın Azərbaycana
qarşı etnik və dini nifrət
zəminində həyata
keçirdiyi işğalçılıq
siyasətini dəstəkləyir,
beynəlxalq hüququn
hamılıqla qəbul
edilmiş ümumbəşəri
prinsiplərindən olan
suverenlik və ərazi bütövlüyü
prinsiplərinə qarşı
çıxır. 30 il müddətində
başqa bir ölkənin ərazisini işğal etmiş Ermənistanı müdafiə
etmək Fransa hökumətinin insan hüquq və azadlıqlarını heçə
saydığının açıq
təzahürüdür.
Bir daha Fransa parlamentinin
aşağı palatasının
ölkəmizə qarşı
ədalətsiz mövqe
nümayiş etdirməsini
qəti şəkildə
pisləyir, onların
bu hərəkətini
təxribatçı addım
kimi qiymətləndirirəm. Eyni
zamanda, Fransanı regionda
milli ədavəti
qızışdırmaq və aparılan bərpa-quruculuq
proseslərinə mane olmaq
istiqamətindəki fəaliyyətindən əl çəkməyə
çağırıram”, - deyə ombudsman
qeyd edib.
Azərbaycan.-
2022.- 2 dekabr.- S.1-2.