Fransa Ermənistanı məhvə sürükləyir

 

Bu "dəstək" İrəvanı daha böyük məğlubiyyətə aparacaq

 

Noyabrın 30-da Fransa növbəti dəfə Azərbaycana qarşı təxribata əl atdı, ölkəmizə düşmənçiliyini bir daha nümayiş etdirdi. Sözügedən tarixdə Fransa parlamentinin aşağı palatasında (Milli Assambleya) Azərbaycan əleyhinə yalaniftira dolu qətnamə qəbul edildi. Siyasi riyakarlıqla məşğul olan bu ölkənin senatı da hələ noyabrın 15-də Azərbaycana qarşı bədnam qətnamə qəbul etmişdi.

Göründüyü kimi, vasitəçi olaraq 25 il müddətində Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində heç bir görməyən, əksinə, münaqişənin uzanmasında maraqlı olan Fransa indiöz siyasi mənafeyi naminə iki ölkə arasında sülh əldə olunması prosesinə çirkin yollarla əngəl olmağa çalışır. Azərbaycana qarşı ard-arda kağız parçaları qəbul edərək erməni "sevgi"sinin aşıb-daşdığını sərgiləyən Fransa bu bədnam əməlləri ilə Ermənistanda revanşist qüvvələrin iştahını artırır. Yəni dolayısı ilə gələcəkdə Ermənistanın bir dövlət kimi varlığını da şübhə altına almış olur.

 

Fransa nə etsə də, sülh müqaviləsi bağlanacaq

 

Fransa çox yaxşı bilir ki, haqq və ədalət hər zaman Azərbaycanın tərəfindədir və Vətən müharibəsində "dəmir yumruğ"un gücü ilə torpaqlarını işğaldan azad edən ölkəmiz siyasi platformada da öz milli maraq və mənafelərini qətiyyətlə təmin edəcək. Danışıqlardan hər vəchlə yayınmağa çalışan, Fransa kimi "dəstəkçi"lərinə güvənərək pozucu davranış sərgiləyən Ermənistan isə sülh müqaviləsini bağlayacaq, ya öz xoşu ilə, ya da zorla. Çünki Ermənistanın Azərbaycanla sülh bağlamaqdan başqa çıxış yolu yoxduro da danılmaz həqiqətdir ki, ölkəmizlə normallaşma həm də elə siyasi, iqtisadi, sosial, demoqrafik böhranlar bataqlığında çabalayan məğlub ölkənin öz xeyrinədir.

Bu baxımdan Fransanın qəbul etdiyi qərəzli kağız parçalarının Azərbaycan üçün heç bir əhəmiyyəti olmasa da, Ermənistanı məhvə sürüklədiyi şübhəsizdir. O da şübhəsizdir ki, Ermənistanla Azərbaycan arasındakı normallaşma prosesində Fransa vasitəçi ola bilməyəcək.

Noyabrın 25-də Bakıda keçirilən "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda Prezident İlham Əliyev də çıxışında bildirdi ki, Fransa Senatı tamamilə təhqiredici məlum qətnamə qəbul edib: "Fransa Milli Assambleyasının daha bir anti-Azərbaycan qətnaməsi qəbul etməsi də gözlənilir. Bunun ardınca Fransanın Frankofoniya Sammiti vasitəsilə bizə qarşı hücum cəhdi oldu. Bu, qəbuledilməzdir, çünki Frankofoniya humanitar təsisatdır".

Dövlət başçısı bildirdi ki, bütün bunlara görə Fransa sülh danışıqlarında iştirak edə bilməz: "Bu, bizim deyil, onların günahıdır".

 

Fransanın günahı

 

Məhz Fransanın günahı üzündən Ermənistan sülhdən yayınır və bu minvalla da özünü daha böyük məğlubiyyət uçurumuna yuvarlayır.

Bildirək ki, dekabrın 7-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə növbəti üçtərəfli görüş nəzərdə tutulurdu. Hətta bu görüşün iki ölkə arasında sülh müqaviləsinin bağlanmasına gətirib çıxaracaq ümidverici nəticələrinin olacağı da düşünülürdü, amma sülh danışıqlarını pozmaq üçün Ermənistan məkrli bir oyuna əl atdı. Sözügedən danışıqlara çox qısa müddət qalmış Ermənistanın baş naziri Nikol Paşinyan Brüssel görüşündə Makronun iştirak etməsi tələbini irəli sürdü. Bu isə Paşinyanın açıq-aydın sülh danışıqlarını pozmaq kimi məkrli cəhdinin təcəssümü idi.

"Keçmiş Minsk qrupu"nun tərkibində 25 il müddətində daş sükutuna bürünərək torpaqlarımızın Ermənistan tərəfindən işğalına, bir milyondan çox vətəndaşımızın yurdundan didərgin düşməsinə, 30 il ərzində ərazilərimizin erməni vandallığına məruz qalmasına biganə münasibət bəsləyən Fransanın indi erməni "maraqları"nı bu cür müdafiə etməsi əsl riyakarlıq, vicdansızlıqdır. Özünü Avropanın demokratik ölkəsi hesab edən Fransa faktiki olaraq hələ də müstəmləkəçilik ab-havasından çıxmadığını, digər ölkələrin işlərinə qarışmağa meyilli olduğunu və Azərbaycanın ərazi bütövlüyünü və müstəqilliyini hədəf alan qərəzli siyasət yürütdüyünü ortaya qoyur. Tarixi başdan-başa soyqırımları üzərində qurulan, əli bir milyon yarım əlcəzairlinin qanına batan Fransanın Azərbaycanı hansısa əsassız iddialarla ittiham etməsi absurddur. 

Bütün bu faktlar isə Fransanın Ermənistan və Azərbaycan arasında sülhə razılaşmadığını, birtərəfli mövqe sərgilədiyini və ədalətli vasitəçi olmadığını  ortaya qoyur.

Bu, heç bir hüquqi qüvvəyə malik olmayan kağız parçalarının Fransa və Azərbaycan arasında qarşılıqlı etimada böyük zərbə vurduğu, Ermənistanı revanşist hisslərlə qızışdıraraq məğlub ölkəni yeni məğlubiyyətlərin astanasına gətirdiyi də danılmaz həqiqətdir.

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2022.- 2 dekabr.- S.4.