Rumıniya mətbuatı Şəki
Xan məscidi kompleksində aparılan bərpa
işləri barədə məqalə yayıb
Rumıniyanın qabaqcıl "News24hours" nəşri Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın Heydər Əliyev Fondu tərəfindən Şəki Xan məscidi kompleksində aparılmış bərpa işləri ilə tanış olması barədə məlumat yayıb.
AZƏRTAC-a istinadla
çıxan məqalədə bildirilib ki, Şəki Xan məscidi
kompleksi əsaslı bərpa işlərindən
sonra istifadəyə verilib.
Tarixi Şəki Xan məscidində
bərpa işləri 2021-ci ilin may ayından etibarən Heydər Əliyev Fondu tərəfindən həyata keçirilib. Heydər Əliyev Fondu bərpa işləri ilə
yanaşı, qazıntılar zamanı aşkar
olunan və Şəki xanı nəslinə
aid olduğu ehtimal edilən skelet
nümunələri üzrə tədqiqatların
aparılmasına da dəstək göstərib.
Qeyd olunub ki, Heydər
Əliyev Fondu tərəfindən 2021-ci
ildə başlanan bərpa işləri
çərçivəsində əvvəl Şəki şəhərinin
"Yuxarı Baş" Milli
Tarix-Memarlıq Qoruğunun ərazisində
yerləşən Xan məscidi kompleksində
3D ölçmə işləri aparılıb. Bu işlər məscid kompleksinin
ilkin görüntüsünün
əldə edilməsi baxımından əhəmiyyətli olub. Məscidin ilkin tikintisi zamanı olan pəncərələr
və Məhəmmədhüseyn xanın istifadə etdiyi qapı bərpa edilib.
Memarların rəyi əsasında yerli
memarlıq atributlarından olan şəbəkədən
istifadə edilməklə pəncərələrdən ikisinin əvvəlki görüntüsü
qaytarılıb. Məlumat verilib ki, məscid kompleksinin ərazisində
Heydər Əliyev Fondunun dəstəyi ilə
muzey də yaradılıb. Muzeydə
Şəki xanlığı dövrünə aid fərqli eksponatlar,
müxtəlif mənbələrdən toplanan
maddi-mədəniyyət nümunələri təqdim olunur.
Azərbaycan.-2022.- 7 dekabr.- S.5.