İran beynəlxalq terrora fəal dəstək verir

 

Qarabağdakı separatçılığı terroru da Tehran himayə edirdi

 

 

Tehranın qeyri-adekvat pozucu hərəkətləri, bəzi yüksək vəzifəli şəxslərin dostluqdan xeyli uzaq olan əslində, daha çox düşmənçiliyə bənzəyən siyasi ritorikası son vaxtlar ölkələrimiz  arasında gərginlik dərəcəsini artırıb.

İran hökumətinin rəsmi qəzeti olan "Iran Newspaper" növbəti dəfə təxribat xarakterli yazı ilə çıxış edərək, Azərbaycanı "Bakı Respublikası" adlandırıb. Xatırladaq ki, bu, həmin nəşrin Azərbaycan xalqının haqlı narazılığına səbəb olan ilk yazısı deyil. Belə ki, bir neçə il öncə qəzetdə Azərbaycan dilini ələ salan karikatura İran şəhərlərində kütləvi nümayişlərə səbəb olmuşdu.

Dekabrın 5-də Prezident İlham Əliyevin İrana yönəli ittihamlarına "cavab" vermək  istəyən iranlı diplomat Möhsün Pakayin belə bir iddia ilə çıxış edib: "Azərbaycanın on milyonluq əhalisi İrana aiddir öz vətənindən zorla ayrılıblar. İndi belə tarixi iddialar irəli sürülsə, İranın deyəcək çox şeyi olacaq".

Keçmiş səfir daha sonra erməni qardaşlarının "təəssübkeşliyini cəkir" onu çox "qayğılandıran" Ermənistanın təhlükəsizliyi ilə bağlı cəfəng fikirlərini dilə gətirir: "Azərbaycan Türkiyə Pakistanla birlikdə Naxçıvanda Ermənistanın ərazi bütövlüyünə qarşı təlim keçirmədimi? Bu təlim İran silahlı qüvvələrinin keçirdiyi "Xeybərin Fəthi"ndən əvvəl olub. İranın təlimi region ölkələrinin ərazi bütövlüyünü dəstəkləmək məqsədilə keçirilib, Azərbaycan isə Ermənistanın ərazi bütövlüyünü pozub". Əvvəla, Azərbaycan vaxtdan Ermənistanın ərazi bütövlüyünü pozub? Ermənilərin vəkili rolunda çıxış edən Pakayin onun başbilənləri Azərbaycan torpaqlarının az qala 30 il davam edən işğalı zamanı görəsən niyə təlimlər keçirməyib? Məgər onlar həmin dövrdə yad planetdə yaşayıblar xalqımızın işğaldan çəkdiyi iztirablarının şahidi olmayıblar?

Tehran sentyabr ayında Azərbaycan sərhədində keçirilən təlimlərlə hərbi gücünü nümayiş etdirib. Bir müddət əvvəl  isə Azərbaycan İranın nəzarətində olan gizli silahlı birləşmənin ifşa olunduğunu bildirib.

DTX-nın məlumatına görə, 19 nəfərdən ibarət qrup üzvlərindən dünyəvi dövlət ideyalarına qarşı dini-ekstremist materiallar götürülüb. Bu günlərdə isə Qarabağ iqtisadi rayonunda müvəqqəti dislokasiya olunmuş Rusiya sülhməramlıları 14 nəfər əcnəbinin Azərbaycan ərazisinə keçidini təmin ediblər. Məlumata görə, İran vətəndaşları olduqları bildirilən diversantlar noyabrın 24-də sülhməramlıların postunu rahat şəkildə keçərək Xankəndiyə gəliblər və hazırda da oradadırlar. İranlıların adları da artıq məlumdur.

Bildirilir ki, 14 nəfərdən 12-si İranın eyni bölgəsindən - ölkənin cənub-qərbindəki İze şəhərindən gəlib. İzenindaxil olduğu Xuzistan bölgəsinin əhalisinin əksəriyyətini ermənilər təşkil edir və erməni dili burada danışılan əsas dillərdən biridir. Bəzi məlumatlara görə, bu şəhərdə İran xüsusi xidmət orqanlarının terror təxribatları üzrə ixtisaslaşmış gizli bazası yerləşir.

Mövcud məlumata görə, iranlılar Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə özlərini çox rahat hiss edən quldurlar üçün təxribat və terror təlimləri keçirmək, həmçinin konkret diversiyalar hazırlamaq üçün göndəriliblər. Bundan əlavə, onların Qarabağda qalan qruplara İran istehsalı olan sursatlardan istifadə etmək üçün təlim keçə biləcəkləri də bildirilir.

Eyni zamanda bu anti-Azərbaycan hərəkətlərilə Rusiya sülhməramlıları  bir daha göstərdilər ki, onlar, əslində, müvəqqəti olaraq "nəzarət etdikləri" əraziyə, ümumiyyətlə, nəzarət etmirlər. Onların komandanı general-mayor Andrey Volkov bildirib ki, ölkəmizə qanunsuz yolla daxil olan iranlılar guya inşaatçılar imişiki gündən sonra  geri qayıdıblar. Maraqlıdır, görəsən kütləvi işsizlikdən əziyyət çəkən ermənilər niyə İrandan fəhlə qüvvəsi sifariş edir və həmin "inşaatçılar" iki günə Xankəndidə nəyi tikib-qurmağa macal tapıblar?

Tehran nə ermənilərin ASALA terrorçu qruplaşması ilə işbirliyinə, nə də digər ittihamlara münasibət bildirir. Lakin mediada tez-tez yerli azərbaycanlı fəalların həbsi və Cənubi Azərbaycanda separatçılığa təşviqdən söz açır.

BBC farscanın əməkdaşı Həmid Keyhaniyə görə, İran iqtisadi cəhətdən kiçik ölkələrə təsir edə bilər, amma Azərbaycana deyil, bunun üçün kifayət edən resurs və iradə yoxdur, çünki çoxlu daxili problemlər var.

Bu yerdə ABŞ Dövlət Departamentinin bir müddət əvvəl dərc olumuş hesabatı yada düşür. Sənəddə bildirilir ki,  normal dövlətlər səfirliklərə və sülh dövründə hərbi obyektlərə hücum etmir, terrorçuların və silahlı qrupların tərəfdaşlarını dəstəkləmir, terrorçulara təhlükəsiz sığınacaq vermir,  hansısa ölkəni məhv etməyə çağırmır və başqa dövlətləri təhdid etmir.

Normal dövlətlər öz silahlı qüvvələrinin sıralarında terrorçu yetişdirmirlər, amma  İran rejimi bunu İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və "Qüds" xüsusi təyinatlıları ilə bağlı həyata keçirir. Normal halda ticarətdən  terrora dəstək və terrorizmi maliyyələşdirmək üçün istifadə edilmir. Normal dövlətlər qanuni etirazları güc yolu ilə yatırmır, öz vətəndaşlarını və əcnəbiləri qondarma ittihamlarla həbsxanaya salmır, onlara işgəncə vermir və əsas azadlıqlara sərt məhdudiyyətlər tətbiq etmir. Hansı ki İran bunu edir.

Yeri gəlmişkən, dekabrın 4-də İranda daha 4 nəfərin edam olunduğu bildirilir.

Bu ölkədə vətəndaşlar mütəmadi olaraq haqsız təqibə məruz qalır və işgəncə yolu ilə əldə edilənlər çox vaxt onların günahının yeganə sübutudur.

Bunları bilmək və unutmamaq lazımdır.

 

Rizvan CƏFƏROV,

Azərbaycan.-2022.- 7 dekabr.- S.8.