Fransa Qafqazı itirir

 

Bu ölkə riyakar əməlləri ilə regiondakı mövcudluğuna son verir

 

Noyabrın 30-da Fransa Milli Assambleyası da Fransa senatından sonra Azərbaycan əleyhinə bədnam qətnamə qəbul edib. Bu qətnamələr Azərbaycanla Ermənistan arasında normallaşma prosesini əngəlləməyə xidmət edir və bölgədə sülhün bərpasına mane olur.

Fransa bu addımı ilə təcavüzü və terroru dəstəkləyir. Bu, bir daha sübut edir ki, rəsmi Paris artıq tarixə qovuşmuş Ermənistan-Azərbaycan münaqişəsinin yenidən canlanmasında maraqlıdır. Bütün bunlar keçmiş Minsk qrupunun həmsədr ölkəsi olan Fransanın Cənubi Qafqazda özünə yer etmək cəhdləridir. Fransa davamlı fiaskoya uğramasına baxmayaraq, riyakar əməllərindən əl çəkmir. Fransa soyqırımları törətmiş cinayətkar dövlət kimi əsl simasını göstərmişdi. Bu ölkə insan haqlarından danışa biləcək sonuncu dövlət olduğunu qlobal müstəvidə sübut edib.

Rəsmi Paris Avropanın enerji təhlükəsizliyində və nəqliyyat-logistika sahəsində mühüm aktora çevrilmiş Azərbaycanla da dövlətlərarası münasibətlərini artıq pozub. Fransa öz milli maraqlarını, Cənubi Qafqazdakı iqtisadi tərəfdaşlığını qurban verərək erməni şovinistlərini dəstəkləməkdə davam edir.

Fransa senatının və Milli Assambleyasının ölkəmiz əleyhinə qəbul etdikləri bədnam qətnamələr isə bizim üçün kağız parçasından başqa heçdeyil. Prezident İlham Əliyevin nail olduğu siyasi-diplomatik konfiqurasiya Fransanın ölkəmizə hansısa təsirinə imkan verməz. Əslində, Fransa separatizmə dəstək verən belə addımları ilə Qafqazı itirmək üzrədir və bu regionun ən potensiallı ölkəsinin məhz Azərbaycan olduğunu gec, ya tez qəbul etməli olacaqdır. Azərbaycan Cənubi Qafqazda əsl söz sahibi olduğuna görə, ölkəmizin iştirakı olmadan bu regionda hansısa layihələrin reallaşdırılması mümkün deyil.

 

Fransanın Cənubi Qafqazda öz maraqlarını təmin etmək imkanı yoxdur

 

Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib ki, Fransa dövlətimizin siyasi iradəsi və təkbaşına mübarizəsi ilə artıq tarixə qovuşmuş Ermənistan-Azərbaycan münaqişəsi üzərindən özünün Cənubi Qafqazda mövcudluğunu təmin etməyə çalışırdı. Deputatın sözlərinə görə, bu ölkənin keçmiş Minsk qrupunun həmsədrliyində  təmsil olunmasının da əsas səbəbi bu idi.

"2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsində torpaqlarımız işğaldan azad edildi. Bununla da münaqişə bitdi. Fransa regionda münaqişənin sona çatdığını anlayaraq onun da Cənubi Qafqazda mövcudluğunun mümkün olmayacağını düşündü. Bu mövqedən çıxış edən rəsmi Paris sanki münaqişənin hələ də davam etməsi təəssüratını formalaşdırmaq üçün əlindən gələni etməyə başladı. Bunun üçün Ermənistandan bir alət kimi istifadə etmək ən optimal seçim idi. Qeyd etmək lazımdır ki, Ermənistanın mövqeyini birtərəfli qaydada dəstəkləyən Fransa keçmiş Minsk qrupunun həmsədrliyində təmsil olunanda da Ermənistanın işğalçılıq siyasətinin nəticələrini leqallaşdırmağa çalışırdı. Fransa bu cür yanlış mövqe sərgiləməklə həm özünün, həm bütövlükdə Avropa İttifaqının fundamental maraqlarını ciddi zərbələr altında qoyur", - deyə deputat bildirib.

Deputat qeyd edib ki, Azərbaycan Cənubi Qafqazın ən potensiallı, güclü ölkəsi olduğuna görə, ölkəmizin iştirakı olmadan bu regionda hansısa addımın atılması, beynəlxalq layihələrin reallaşdırılması qeyri-mümkündür: "Bu mənada, Fransanın Azərbaycan kimi bir dövlətlə münasibətlərinə xələl gətirəcək addımlar atması, bədnam qətnamələr qəbul etməsi öz milli maraqlarına xəyanət deməkdir. Bu həm onu göstərir ki, dünya erməniliyi Fransa siyasətini ələ keçirmək iqtidarındadır. Fransa işğalçı Ermənistanı müdafiə etməklə separatizmə dəstək verir. Lakin unudur ki, Cənubi Qafqazda mövcudluğunu təmin etmək üçün ən optimal yol Azərbaycanla münasibətləri inkişaf etdirmək əlaqələri genişləndirmək olardı. Fransa bunun əskinə gedərək, qeyri-obyektiv mövqe sərgiləməyə davam edir".

E.Mirbəşiroğlu deyib ki, separatizmə, terrora dəstək nümayiş etdirən Fransanın Cənubi Qafqaz regionunda öz maraqlarını təmin etmək imkanı qalmayacaq: "Fransa bu il sentyabrın 12-14-də Ermənistan tərəfindən törədilən təxribatlara Azərbaycanın cavab addımlarını düzgün qiymətləndirməyib. Ermənistan torpaqlarımızı 30 ilə yaxın işğalda saxlayanda, mədəni irsimizə xələl gətirəndə, məsum körpələrin, qadınların qanına əl bulaşdıranda bu addımlara bir dəfə olsun obyektiv qiymət verməyib. Yəni Fransa ciddi yanlışlıqlara yol verir unudur ki, Azərbaycan Avropa İttifaqının (Aİ) istər enerji, istərsə nəqliyyat-logistika sahəsində mühüm tərəfdaşıdır. Bu amillər isə Aİ-nin təhlükəsizliyi üçün çox vacibdir. Bu baxımdan, Fransa, bilərəkdən ya bilməyərəkdən, Aİ-nin təhlükəsizliyi strateji əhəmiyyət kəsb edən məsələlərdəki mövqeyi üçün ciddi təhdidlər yaradır. Bu ölkə belə ədalətsiz mövqeyində israrlı olarsa mövcud reallığa qərəzli münasibət göstərməyə davam edərsə, təbii ki, proseslər onun gözləntilərini doğrultmayacaq. Nəticədə, Fransa Cənubi Qafqazda mövcudluğunu tamamilə itirəcək".

 

Bu ölkə öz iqtisadi maraqlarına zərbə vurur

 

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib ki, Fransa Milli Assambleyasının anti-Azərbaycan ritorikası bizim üçün yenilik deyil senatın qətnaməsi kimi aşağı palatanın da qətnaməsi heç bir hüquqi siyasi nəticə doğurmayan kağız parçasıdır. Onun sözlərinə görə, Fransa parlamentinin bu mövqeyi bizi narahat etsə , dövlətimizin beynəlxalq imicinə xələl gətirəcək gücə malik deyil.

"Əksinə, bu mövqe Parisin onsuz da bərbad olan imicinə beynəlxalq hüququn ümumtanınmış prinsipləri fonunda ciddi zərbə endirir. Fransa qanunverici hakimiyyətinin rəsmi mövqeyi beynəlxalq hüququn "dövlətlərin ərazi bütövlüyü sərhədlərin toxunulmazlığı" başda olmaqla, ən azı 5 prinsipi ilə daban-dabana ziddir. Bu qətnamələr özündə təcavüzkar mürtəce imperialist mahiyyət ehtiva etdiyinə görə, bəşəri təhdid adlandırıla bilər. Fransa mövcud təhlükəli gedişlərilə Cənubi Qafqazda ehtimal olunan sülh müqaviləsi önündə əsas səddə çevrildiyini göstərir. Əlbəttə, bu, bizim üçün yenilik deyil. Çünki bu ölkə keçmiş Minsk qrupunda 27 illik həmsədrliyi dövründə işğal rejiminin davamlılığında müstəsna rol oynayıb", - deyə B.Məhərrəmov qeyd edib.

Deputatın dediyinə görə, Fransa senatı aşağı palatası ötən dövrdən fərqli olaraq bu gün ərazi bütövlüyünü təmin etmiş, regionda əsas güc nüfuz sahibinə çevrilmiş Azərbaycana qətnamələrlə hücum strategiyasını seçib: "Lakin bu qətnamələr Fransanın özünün ifşası kontekstində daha çox gündəmə gəlməkdədir. Fransa parlament səviyyəsində separatizmə, terrora dəstək verməklə Əlcəzair, Ruanda, Cad, Mali, Kamboca Vyetnamda 20 milyona yaxın insanın ölümü ilə nəticələnən dövlət terroru təfəkkürünü müasir dövrdə yaşatdığını bəyan etmiş olur. Bu, Fransanın BMT Nizamnaməsini rədd etməsi deməkdir. Belə olan halda Fransanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi qalması təşkilatın məramına ziddir bütövlükdə BMT-nin sonrakı fəaliyyətinə olan qlobal etimadı sual altına qoyur. Rəsmən terror saçan, dünyada separatizmi təşviq edən bir dövlətin bəşəri təhlükəsizlik məsələsində söz sahibi olması birmənalı olaraq qlobal təhdiddir".

B.Məhərrəmov bildirib ki, Prezident İlham Əliyev rəsmi Parisin Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlarda istənilən formada vasitəçi olması ehtimalını rədd edib. Baş verənlərin fonunda Fransanın Azərbaycanla münasibətlərini bu qədər gərginləşdirməsi ciddi suallar yaradır: Parisin məqsədi hədəfi nədir?!

"Təbii ki, ondan başlamalıyıq ki, "bacı" adlandırsa belə, Ermənistan, yaxud ermənilər Paris üçün bir neçə istifadəlik köməkçi vasitədən başqa bir şey deyil. Ermənilərin bu gün Fransa siyasətində həlledici gücə sahib olması mifdir. Erməni lobbisi ən yaxşı halda Marsel bələdiyyəsinin seçkilərinə təsir göstərə bilər. Deməli, Fransanın məqsədləri daha fərqli müstəvidə araşdırılmalıdır. Tarixə nəzər yetirsək, fransızların Şimali Afrika Cənub-Şərqi Asiya kimi dövlətlərdəki fəaliyyətinin, əslində, Parisin Qafqazla bağlı bugünkü niyyəti barədə ilkin ehtimallar irəli sürməyə imkan verdiyini görərik. "Makron Fransası" Qafqazda neo-imperializmi canlandırmaq fikrinə düşüb. Fransanın bu mürtəce siyasətini reallaşdırması üçün ən ciddi maneə isə iqtisadi siyasi cəhətdən tam müstəqil olan Azərbaycandır. Prezident İlham Əliyev bütün dünya dövlətləri, o cümlədən Fransa ilə əməkdaşlığı təşviq edən açıq siyasi kurs yürüdür, bunun faydalarını da hər bir azərbaycanlı hiss edir. Bu siyasət tərəfdaşlardan bərabərhüquqlu münasibət, suverenliyimizə milli maraqlarımıza hörmət tələb edir. Bu isə rəsmi Paris üçün arzuedilən olmadığına görə, deməli, bu riyakarlıqların kökündə Fransanın daşa dəyən niyyəti dayanır", - deyə deputat söyləyib.

B.Məhərrəmov deyib ki, sovetlər birliyi dağıldıqdan sonra Fransa Cənubi Qafqazda fəal siyasi oyunçulardan iqtisadi tərəfdaşlardan biri kimi çıxış edirdi: "Bununla da iqtisadi maraqlarını yüksək səviyyədə təmin etməyə çalışırdı. Bölgənin siyasi iqtisadi, Vətən müharibəsindən sonra isə həm hərbi gücü kimi özünü təsdiq edən Azərbaycan rəsmi Paris üçün iqtisadi-ticari tərəfdaşlığın əsas məkanı idi. Bu mənada, Fransanın nümayiş etdirdiyi mövqe, qəbul etdiyi bədnam qətnamələr ilk növbədə bu ölkənin elə özünün Cənubi Qafqazdakı iqtisadi maraqlarına zərbə oldu. Xüsusən şanlı zəfərimizdən sonra yeni reallıqlar fonunda Azərbaycanın artan nüfuzu,  tranzit haba çevrilməsi fonunda Fransanın belə ədalətsiz mövqe sərgiləməsi onu çox ciddi imkanlardan məhrum etdi. Əgər Fransada müəyyən dövrdən sonra praqamatik bir qüvvə hakimiyyətə gələrsə, elə Parisin özünün maraqları naminə Makron rejimindən bu davranışların hesabı soruşulacaq".

 

Nəzrin QARDAŞXANOVA

 

Azərbaycan.- 2022.- 3 dekabr.- S.9.