Ulu Öndərin şəxsiyyətinə yüksək ehtiram

 

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi böyük təntənə ilə qeyd ediləcək

 

2023-cü il mayın 10-da Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi dövlət xadimi Heydər Əliyevin anadan olmasından 100 il ötür.

Azərbaycan xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onun müstəqilliyinə qovuşmasına töhfə vermiş qüdrətli şəxsiyyət Heydər Əliyevin yubileyi gələn il təntənə ilə qeyd ediləcək.

 Azərbaycanda 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Prezident İlham Əliyev sentyabrın 29-da sərəncam imzalayıb.

Noyabrın 28-də isə Prezidentin sərəncamı ilə Azərbaycanda 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı Tədbirlər Planı təsdiq edilib.

Sərəncamla Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyası həyata keçirməli, Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

 

Ulu Öndərin həyat və fəaliyyəti yerlixarici mediada geniş işıqlandırılacaq

 

Tədbirlər Planında 2023-cü il ərzində "Heydər Əliyev İli" ilə bağlı yerli və beynəlxalq əhəmiyyətli forum, konfrans, simpozium, "dəyirmi masa" və seminarların keçirilməsi nəzərdə tutulub. Bu işlərin icrası Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsi, Heydər Əliyev Mərkəzinə həvalə olunub.

Gələn il ərzində yerlixarici mediada Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən veriliş, sənədli film və videoçarxların nümayiş etdirilməsini, müsahibə və məqalələrin dərc olunmasını Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Medianın İnkişafı Agentliyi, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), "Azərbaycan TeleviziyaRadio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti və Heydər Əliyev Mərkəzi təmin edəcək.

 

Müsabiqə, sərgi, festival, konsert tamaşalar

 

Prezident Administrasiyası, Mədəniyyət Nazirliyi, Elm Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, yerli icra hakimiyyəti orqanları aidiyyəti dövlət orqanlarını (qurumlarını) qeyri-hökumət təşkilatlarını cəlb etməklə 2023-cü il ərzində Azərbaycanın şəhər rayonlarında elm mədəniyyət xadimlərinin, tanınmış ziyalıların iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirlərin keçirilməsini təşkil edəcək.

Habelə  Azərbaycanın şəhər rayonlarında "Heydər Əliyev İli"nə həsr olunmuş müxtəlif müsabiqələr, sərgi, festival düşərgələr, konsert tamaşaları - Prezident Administrasiyası, Mədəniyyət Nazirliyi, Elm Təhsil Nazirliyi, Gənclər İdman Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Dövlət Şəhərsalma Arxitektura Komitəsi, yerli icra hakimiyyəti orqanları aidiyyəti dövlət qurumlarını qeyri-hökumət təşkilatlarını cəlb etməklə keçirəcəklər.

2023-cü il ərzində Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri tərəfindən "Heydər Əliyev İli" ilə bağlı tədbirlərin keçirilməsi Prezident Administrasiyasına, Xarici İşlər Nazirliyinə həvalə olunub. 

Azərbaycan diaspor təşkilatları, koordinasiya şuraları, Azərbaycan evləri həftəsonu məktəblərində "Heydər Əliyev İli"nə həsr olunmuş tədbirlər keçirilməsi  Prezident Administrasiyasına, Diasporla İş üzrə Dövlət Komitəsinə tapşırılıb.

Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlarda "Heydər Əliyev İli" ilə əlaqədar tədbirlərin təşkilini Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi icra edəcək.

 

Ulu Öndər irsinə həsr olunmuş əsərlər, kitablar monoqrafiyalar

 

Gələn il ərzində "Heydər Əliyev İli" çərçivəsində idman yarışlarının beynəlxalq turnirlərin təşkil edilməsi Prezident Administrasiyası, Gənclər İdman Nazirliyinə, "Heydər Əliyev İli" ilə əlaqədar ölkə ərazisində müvafiq poster bannerlərin yerləşdirilməsi, rəqəmli bilbordlarda monitorlarda videoçarxların nümayiş etdirilməsi Prezident Administrasiyası, Rəqəmsal İnkişaf Nəqliyyat Nazirliyi, Dövlət Reklam Agentliyi, Heydər Əliyev Mərkəzi, yerli icra hakimiyyəti orqanlarına tapşırılıb.

2023-cü il ərzində Ulu Öndərin irsinə həsr olunmuş əsərlərin, kitabların monoqrafiyaların nəşri nəzərdə tutulub.

2023-cü il may-iyun ayları ərzində ali təhsildə yüksək akademik göstəriciləri olan tələbələr üçün "Heydər Əliyev təqaüdü"nün təsis edilməsi Prezident Administrasiyası, Elm Təhsil Nazirliyi, Maliyyə Nazirliyinə həvalə olunub.  Habelə 2023-cü il ərzində təhsil müəssisələrində "Heydər Əliyev dərsləri"nin keçirilməsi qərara alınıb. 

 

"Heydər Əliyev - 100" yubiley medalı təsis ediləcək

 

2023-cü il ərzində Prezident Administrasiyası, Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi "Heydər Əliyev İli" çərçivəsində sosial dəstək tədbirlərinin xeyriyyə aksiyalarının keçirilməsini təşkil edəcək. 

Azərbaycanın şəhər rayonlarında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyalarının keçirilməsi abadlıq işlərinin aparılması nəzərdə tutulub.

2023-cü il yanvar-may ayı ərzində Azərbaycan Respublikasının "Heydər Əliyev - 100" yubiley medalının təsis edilməsini Prezident Administrasiyası, Milli Məclis (tövsiyə olunur) gerçəkləşdirəcək.

Habelə 2023-cü il mart-may ayları ərzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş poçt markalarının xatirə nişanlarının buraxılması qərara alınıb.

2023-cü il fevral-may ayları ərzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qızıl sikkələrin hazırlanmasını Prezident Administrasiyası, Azərbaycan Mərkəzi Bankı (tövsiyə olunur) həyata keçirəcək.

2023-cü il may ayında Heydər Əliyev Mükafatının təqdimat mərasiminin keçirilməsi Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyası, Prezident Administrasiyası tərəfindən icra olunacaq.

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövləti xalqı qarşısında misilsiz tarixi xidmətlər göstərib. Azərbaycanda 1969-1982-ci 1993-2003-cü illərdə hakimiyyətdə olduğu illər ərzində bu dahi şəxsiyyət respublikamızın hərtərəfli inkişaf tərəqqisinə, eləcə nüfuzlu dövlət kimi dünya ölkələri arasında seçilməsinə nail olub.

2023-cü ilin "Heydər Əliyev İli" elan olunması gələn il Ulu Öndərin 100 illik yubileyinin Azərbaycanda dövlət səviyyəsində təntənəli şəkildə qeyd ediləcəyi dahi şəxsiyyətə böyük ehtiramın, yüksək qiymətin əyani göstəricisidir.

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2022.- 4 dekabr.- S.1-2.