Azərbaycan “Stratcom
22” Sammitində təmsil
olunub
Azərbaycan dekabrın 2-3-də Türkiyə
Prezidenti Administrasiyasının
Kommunikasiya İdarəsinin
təşkilatçılığı ilə İstanbul şəhərində keçirilmiş
Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom 22”-də təmsil olunub.
Medianın İnkişafı Agentliyindən
AZƏRTAC-a bildiriblər ki,
“Qeyri-müəyyənlik şəraitində
Stratcom” mövzusunda keçirilən tədbirdə
müxtəlif ölkələrdən
olan dövlət rəsmiləri, özəl
və media sektorun təmsilçiləri, elm və
vətəndaş cəmiyyətinin
nümayəndələri iştirak
ediblər.
“Stratcom
22” çərçivəsində strateji kommunikasiya ekosistemində regional münaqişələrlə
üzləşmə, geosiyasi
gərginliklərin yaratdığı
hibrid təhdidlər,
dezinformasiya, humanitar və ətraf mühit böhranları, informasiya müharibəsi mövzuları müzakirə
olunub.
Azərbaycan.- 2022.- 4 dekabr.- S.3.