İslam respublikasından növbəti riyakarlıq

 

İranın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycanın Qarabağ iqtisadi rayonuna diversiya qrupu göndərməsi ilə bağlı xəbərlər yayılıb. Bu, İranın ölkəmizə qarşı ənənəvi riyakarlığının davamıdır. Cənub qonşumuz ərazilərimiz 30 ilə yaxın işğal altında qalanda bir dəfə də olsun Ermənistana etirazını bildirmədi. Lakin son iki ildə baş verənlər göstərir ki, bu ölkə Azərbaycanın qələbəsini həzm edə bilmir. Çünki əslində İran işğala dəstək verən ölkədir.

Xankəndiyə terror-diversiya qrupunun göndərilməsi isə İslam respublikasının növbəti riyakarlığıdır.

 

Tehran Azərbaycanı Suriya, yaxud Livanla səhv salmamalıdır

 

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib ki, İranın Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərə diversiya qrupu göndərməsi ilə bağlı faktlar bu ölkənin ikiüzlüqorxaq siyasi gedişlərinin davamıdır: "Arazboyu hərbi təlimlərlə və Azərbaycandakı xəyanətkar çuğullarının vasitəsi ilə heç bir nəticə hasil olmadığını görən İran özünün ən yaxşı bacardığı işə, terrora əl atmalı olub. Sirr deyil ki, İran özlüyündə terror dövlətidir və dünyanın əksər dövlətləri və təşkilatları Tehranı məhz terrorçu qruplaşmalar yetişdirdiyinə, terrorçulara dəstək verdiyinə və dövlət səviyyəsində terror aktları sifariş və realizə etdiyinə görə açıq formada siyahılara salıb, sanksiyalara məruz qoyub.

Əlbəttə, İranın Xankəndiyə terrorçu diversantları göndərməsi bizdə narahatlıq doğurur, amma bu narahatlığımız daha çox Tehran-Bakı münasibətlərində ziddiyyətlərin dərinləşməsi ilə bağlıdır".

Deputat qeyd edib ki, Azərbaycan İranın göndərdiyi 14 nəfərlik diversiya qrupunun üzvlərinin hər birinin hətta şəxsi məlumatlarına qədər informasiyalara malikdir: "İnformasiya və təhlükəsizlik tədbirləri baxımdan Azərbaycanın xüsusi xidmət orqanları  bölgədə əməliyyat şəraitinə nəzarət etməklə hər kəsdən, o cümlədən də İranın təxribatlarından çox öndədir. Tehran Azərbaycanı Suriya, yaxud Livanla səhv salmamalıdır. Təmkinli davranışlarımızın fonunda səbrimizi sınamasınlar, diversantlar deyil, onları ezam edən əmmaməli terror təşkilaçılarını belə əli-qolu bağlı Bakıya gətirmək gücümüz var.

İran başa düşsün ki, Azərbaycana qarşı mövcud ritorikası hazırkı ixtişaşlar fonunda onları nəinki xilas etməyəcək, əksinə, terror dövlətinin çöküşünü sürətləndirəcək".

B.Məhərrəmovun sözlərinə görə, baş verənlər digər tərəfdən Rusiya süıhməramlılarının missiyasından kənar fəaliyyətlərlə məşğul olduğunu, sülh üçün təhdidə çevrilən qeyri-qanuni tədbirlərə şərait yaradıldığını göstərir: "Hesab edirəm ki, Rusiya Müdafiə Nazirliyi bu məsələyə aydınlıq gətirməlidir. Əks halda Rusiya hərbçiləri hər kəsdən çox elə Rusiya Prezidentinin imzasına hörmətsizlik etmiş olurlar".

 

İranın islam təəssübkeşliyindən danışmağa mənəvi haqqı yoxdur

 

Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, İranın Qarabağa diversiya qrupu göndərməsi bu ölkənin Azərbaycana qarşı riyakarlığının və düşmənçiliyinin növbəti təzahürüdür: "İran rəsmiləri bir tərəfdən Azərbaycanın İranın ürəyi olduğunu  bildirir, digər tərəfdən isə Ermənistana hər cür dəstəklərini davam etdirirlər.

Azərbaycan İranla münasibətləri daim qorumağa çalışsa da, cənub qonşumuz hər zaman Ermənistanın yanında olmağı, ona dəstək verməyi üstün tutub. Qarabağa diversiya qrupu göndərməklə özünün müsəlman ölkəsi olduğunu iddia edən İran azərbaycanlıları ermənilərin əli ilə qətlə yetirmək niyyətlərini göstərir. İran bu gün dünyanın bir çox yerlərində həyata keçirdiyi riyakar siyasətini bölgəmizdə də davam etdirir".

Deputatın sözlərinə görə, İranın əvvəlki addımları, eləcə də müsəlmanları qətlə yetirmək niyyəti ilə Qarabağa diversiya qrupu göndərməsi bir daha göstərir ki, İranın islam adından, islam təəssübkeşliyindən danışmağa heç bir mənəvi haqqı yoxdur: "Bütün bunlardan ölkəmizdəki İran

təəssübkeşləri də ciddi nəticə çıxarmalıdırlar. İranın bizə qarşı heç zaman səmimi olmadığını son baş verən hadisələr də bir daha təsdiq edir. Əgər İran səmimi olsaydı, Ermənistanın deyil, müsəlman ölkəsi olan Azərbaycanın yanında olardı. Biz dinimizi sevirik, hər zaman da sevəcəyik. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı islama, müsəlmanların birlik və həmrəyliyinin gücləndirilməsinə öz töhfəsini verirbu, hər zaman da belə davam edəcək".

C.Məmmədov onu da qeyd edib ki, əgər İran rəsmiləri bu çirkin addımlarla Azərbaycanın bölgədə yaratdığı yeni reallığı dəyişə biləcəklərini düşünürlərsə, yanılırlar: "Dövlətimizin mövqeyi hər zaman olduğu kimi prinsipial və qətiyyətlidir".

 

Nəzrin QARDAŞXANOVA

 

Azərbaycan - 2022.- 4 dekabr.- S.1; 4.