Erməni dəyirmanına su tökən İran

 

Erməniyanlı İran Azərbaycanın Qarabağ münaqişəsini tarixin arxivinə göndərməsi faktını heç cür həzm edə bilmir. Çünki bu məkrli ölkə ötən dövr ərzində hər vəchlə bu münaqişənin əbədiyyətədək sürməsinə çalışıb, bunun üçün əlindən gələn hər şeyi edib. Vətən müharibəsindən sonra isə "erməni sevgisi" ilə alışıb yanan İran tarixi torpaqlarını işğaldan azad edərək suveren ərazilərini bərpa edən Azərbaycana qarşı açıq şəkildə düşmənçiliyə keçib.

 

Tehranın təxribatçı əməlləri ifşa olunur

 

İranın erməni dəyirmanına su tökən mənfur əməllərindən biri də yaxın günlərdə Azərbaycan tərəfindən ifşa olundu. Məlum oldu ki, noyabrın 24-də İranın terror-təxribat qrupunun 14 üzvü qanunsuz olaraq Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə keçib. O da aydın olub ki, həmin şəxslərin 12-si xeyli erməninin yaşadığı Huzistan vilayətinin İze şəhərindəndir. Artıq qrup üzvlərinin adları məlum olsa da, həmin şəxslərin sənədlərindəki adların saxta olması ehtimalı da yüksəkdir.

Heç şübhəsiz, Laçın yolu ilə qanunsuz olaraq Xankəndiyə gələn "İran vətəndaşları" İran xüsusi xidmət orqanlarının əməkdaşlarıdır və onlar bura məhz Tehran tərəfindən Azərbaycana qarşı hansısa təxribatlar törətmək məqsədilə göndəriliblər.

Sual oluna bilər ki, görəsən tarixi qonşudinbirliyimiz olan bu "islam" ölkəsinin Azərbaycana qarşı sərgilədiyi düşmənçilik siyasətinin, ölkəmizə tükənməz nifrətinin qaynağı nədir?! Bəlkə İran elə hesab edir ki, hazırda daxilində baş verən inqilab qoxulu etirazların səbəbi Azərbaycandır?

Xeyr, əsla! Orada baş verənlər islam bayrağı altında onilliklərdir insanları əsarət içində boğan, əzən, qətl edən rejimə xalqın etirazıdır.

Onların arasında azərbaycanlılar da var. o da başqa faktdır ki, Azərbaycan dövləti azərbaycanlıların əzilən, tapdanan hüquqlarını qorumağa hər an hazırdır.

Bir neçə gün əvvəl Bakıda keçirilən "Orta Dəhliz boyunca: siyasət, təhlükəsizlik iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda Prezident İlham Əliyev bəyan etmişdir ki, biz öz həyat tərzimizi, dünyəvi inkişafımızı, Azərbaycanın azərbaycanlıların, o cümlədən İrandakı azərbaycanlıların müdafiəsini təmin etmək üçün hər şeyi edəcəyik. Onlar bizim millətin bir parçasıdır.

Elə həmin konfransda Azərbaycan Prezidenti başqa bir məqama da toxunaraq demişdi: "Biz bütün qonşularımızla sülh dostluq münasibətləri istəyirik. Eyni zamanda biz həmişə öz ləyaqətimizi, müstəqilliyimizi, həyat tərzimizi müdafiə edəcəyik heç bir xarici aktora öz standartlarını iradəsini hökumətimizə xalqımıza tətbiq etməyə imkan verməyəcəyik".

 

İranın islamofob davranışı

 

Ermənistanın ərazi bütövlüyünü özlərinin "qırmızı xətt"i saydıqlarını bar-bar bağıran İran rəsmiləri, yüksəkvəzifəli şəxsləri çox qəribədir ki, 30 il ərzində bir dəfə olsun Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, yurdlarını viran qoyması, talaması, yüzminlərlə əhalisini didərgin salması, vətəndaşlarımızı əsir götürməsi, xalqımıza qarşı soyqırımları törətməsi barədə danışmayıb. 

Özünün İslam respublikası olduğunu iddia edən, əslində isə törətdiyi qanlı terror əməlləri ilə anılan İran Ermənistanın Qarabağ Şərqi Zəngəzurda digər tarixi, mədəni abidələr bir yana, islam irsinə qarşı həyata keçirdiyi vandallıq aktları barədə heç bir mövqe ortaya qoymayıb. Erməni vəhşiləri tərəfindən tarixi torpaqlarımızda 60-dan çox məscidimiz dağıdılıb, xalqımıza məxsus bu müqəddəs məkanlar təhqir olunaraq onlardan donuz tövləsi kimi istifadə olunub. Amma islam bayrağı daşıyan İran Ermənistanın bu islamofob davranışına, barbarlığına susqunluqla yanaşıb. Heç zaman Azərbaycan ərazilərindəki islam irsini özünün "qırmızı xətt"i elan etməyib.

 

Bu da Azərbaycanın "qırmızı xətti"dir

 

Azərbaycanın zəfərindən sonra Ermənistanla olan çox cüzi, on kilometrlərlə ölçülən məsafəni əhatə edən sərhədini "qırmızı xətt"i hesab edərək Azərbaycanla 765 kilometrlik sərhədində hərbi təlimlər keçirməyə qərar verməsi isə İranın başqa bir siyasi oyunbazlığını, ölkəmizə qarşı düşmən mövqeyini ortaya qoyur.

Amma Azərbaycanın da "öz qırmızı xətti" var. Azərbaycan milli mənafelərini təhdid altında qoyan bütün düşmənlərinə, eləcə də ermənipərəst İrana qarşı mübarizə aparmağa və onların layiqli cavablarını verərək yerlərində otuzdurmağa hazırdır.

Necə ki, noyabrın 25-də keçirilən sözügedən beynəlxalq konfransda İranın Azərbaycanla sərhəddə hərbi təlim keçirməsi ilə bağlı Azərbaycan Prezidenti demişdir:   "Bizonlardan qorxmadığımızı nümayiş etdirmək üçün İran sərhədində hərbi təlimlər təşkil etməli olduq. Biz onlara deyirik ki, onlardan qorxmuruq".

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2022.- 4 dekabr.- S.1; 4.