Xoşbəxt Yusifzadə: “Adımın
tankerə verilməsi Prezident İlham Əliyevin təşəbbüsü
idi”
Bu gün özümü
adım kimi çox
xoşbəxt hiss edirəm. Bu, mənim üçün bir bayram günüdür. Hörmətli Prezidentimiz İlham Əliyevin mənim adım verilən tankerin istismara verilməsi mərasimində
iştirak etməsi mənim üçün böyük bir hədiyyə oldu.
Bunu AZƏRTAC-a müsahibəsində
görkəmli neftçi-alim
və geoloq, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib.
Xoşbəxt Yusifzadə
bildirib: “Ümumiyyətlə,
bu tankerə mənim adımın verilməsi Prezident İlham Əliyevin təşəbbüsüdür. Dövlətimizin
başçısı 90 illik yubileyimdə
bu təkliflə çıxış etdi və bu gün də gəminin suya
buraxılması mərasimində iştirak
etdi. Ona görə bu gün mənim üçün çox əziz
gündür”.
Azərbaycan.-
2022.-8 dekabr.- S.2.