Prokurorluqda aparılmış islahatlar əhalinin hüquqlarının qorunmasını gücləndirib

 

10 Dekabr - Ümumdünya İnsan Hüquqları Günü ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Milli Məclisin, həmçinin hüquq-mühafizə orqanlarının, insan hüquqları üzrə təsisatların yüksək vəzifəli şəxsləri, Birlərmiş Millətlər Təşkilatı, Avropa Şurası və digər beynəlxalq təşkilatların, vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatlarının və media nümayəndələrinin iştirakı ilə Baş Prokurorluqdaİnsan hüquqlarının əsas təminatları” mövzusunda konfrans keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konfransda çıxış edən Azərbaycanın Baş prokuroru Kamran Əliyev milli dövlətçiliyimizin əsasını qoymuş, xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə demokratikhüquqi dövlət quruculuğu istiqamətində aparılan islahatlarla insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə yönəlmiş kompleks mexanizm və tədbirlərin formalaşdırıldığını bildirməklə insan hüquq və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən Ulu Öndərin müəllifi olduğu Azərbaycanın ilk milli Konstitusiyasının qəbul olunması ilə ölkəmizdə bu sahədə keyfiyyətcə yeni mərhələnin başlandığını, çoxsaylı normativ-hüquqi aktların, Dövlət proqramlarının qəbul edildiyini diqqətə çatdırıb.

Qeyd edilib ki, Ümummilli Liderin layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışları və cəmiyyətin inkişafından irəli gələn tələblər nəzərə alınmaqla aparılmış məqsədyönlü tədbirlər insan hüquq və azadlıqlarının müdafiəsində səmərəliliyi artırmaqla hüquq müdafiə mexanizmlərinin təkmilləşdirilməsinə, əhalinin müxtəlif qruplarının hüquqlarının qorunmasının gücləndirilməsinə zəmin yaradıb.

Konfransda prokurorluq orqanlarının vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsinin təmin edilməsində digər qurumlarla əlaqəli şəkildə üzərilərinə düşən vəzifələri layiqincə icra etdiyi bildirilməklə bu sahədə birgə əməkdaşlığın önəmi vurğulanıb.

Tədbirdə İnsan hüquqlarının müdafiəsi üçün Avropa Şurası alətləri, qaçqınlar, məcburi köçkünlər və insan hüquqları, vətən müharibəsindəki Qələbə kontekstində insan haqlarına yeni baxış, insan hüquqlarının təminatına xidmət edən məhkəmə-hüquq islahatları, insan hüquqlarının təminatında məhkəmə hakimiyyətinin, o cümlədən prokuror nəzarətinin rolu, insan hüquq və azadlıqlarının müdafiə mexanizmlərinin fəaliyyətində vəkillərin yerirolu, insan hüquqlarının təmin edilməsində konstitusiya nəzarətinin, habelə Hüquqi EkspertizaQanunvericilik Təşəbbüsləri Mərkəzinin rolu, Azərbaycanda dayanıqlı inkişafın təmin olunmasında qadın və uşaq hüquqlarının əhəmiyyəti, uşaq hüquqlarının təmin edilməsində prokurorluq orqanlarının rolu, cinayət prosesinin ayrılmaz tərkib hissəsi kimi azadlıq hüququnun təmin edilməsi mövzularında çıxışlar edilərək ətraflı müzakirələr aparılıb.

 

Azərbaycan.- 2022.- 8 dekabr.- S.3.