Avrasiyanın enerji deposu

 

Azərbaycan dünya qaz bazarında əsas ixracatçılardan birinə çevrilir

 

Əlverişli coğrafi mövqedə və ən mühümü iki qitənin qovuşuğunda yerləşməsi tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycana yeni-yeni əlaqələrin qurulması prosesində mühüm rol oynamaq imkanı verir. 

Zəngin təbii sərvətlərə və enerji ehtiyatlarına malik olan Azərbaycan bu gün artıq özünü qlobal əhəmiyyətli enerji layihələrinin müəllifi kimi tanıdıb, coğrafi üstünlüyündən faydalanaraq Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən nəqliyyat qovşağı və logistik mərkəzə çevrilib. Ölkənin əlverişli geostrateji mövqeyi keçən 20 ilə yaxın dövr ərzində irimiqyaslı layihələrin həyata keçirilməsinə, nəqliyyat-kommunikasiya infrastrukturunun müasir tələblərə cavab verən səviyyəyə çatmasına imkan vermişdir.

Azərbaycanın təşəbbüskarı və birbaşa iştirakçısı olduğu regionalqlobal enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi enerjiyük daşımaları sahəsində səmərəliliyi artırmaqla yanaşı, bütövlükdə regionun inkişafına müsbət töhfə verməkdədir.

 

Cənubi Qafqazın təhlükəsizlik zəmanəti

 

Hazırda dünyanın geosiyasiiqtisadi gündəminin əsas mövzularından birini təşkil edən Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycan əsas açar rolunu oynayan dövlətlərdən biri kimi qəbul olunmaqdadır. Çünki Azərbaycanın iştirakı olmadan bölgədə və geniş mənada yerləşdiyimiz qitədə enerji təhlükəsizliyi məsələləri tam şəkildə həll oluna bilməz. Bunu tək ölkəmiz deyil, tərəfdaşlıq etdiyimiz böyük dövlətlər də qəbul edir.

Azərbaycanın qitədə enerji təhlükəsizliyinin təminatında mühüm rol oynaması ölkə sərhədlərindən kənarda, özü də ən yüksək səviyyələrdə etiraf olunmaqdadır. Bütün bunlar, əlbəttə ki, Prezident İlham Əliyevin müstəqil siyasətinin və uğurlu xarici diplomatiyasının real təzahürüdür.

Dünyanın aparıcı dövlətləri və təşkilatlarının Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik zəmanəti adlandırması əbəs yerə deyil. Çünki Azərbaycan Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu artıq həyata keçirdiyi qlobalmiqyaslı layihələrlə də təsdiqləyib.

Bu ilin iyul ayında Avropa Komissiyası ilə təchizatı iki dəfə artırmaq üçün Anlaşma Memorandumunun imzalanması da bunu təsdiqləyən reallıqdır. Azərbaycan bununla  "köhnə qitə"nin əsas qaz ixracatçısına çevrilib.

Əlbəttə ki, bunun üçün Azərbaycanın yetərincə potensialı var. Noyabrın 25-də Bakıda, ADA Universitetində "Orta dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda keçirilən beynəlxalq konfransda İlham Əliyev ölkəmizin qaz ehtiyatlarını belə dəyərləndirib: "Bunun üçün potensial mövcuddur. Çünki birincisi, bizim gələcək illərdə istismara verməyi planlaşdırdığımız yeni qaz yataqları var. Mən "Abşeron"u qeyd etdim. "Ümid" və "Babək" yataqlarını qeyd edə bilərəm. "Asiman"ı, "Şəfəq"i və bir çox başqalarını qeyd edə bilərəm. İkincisi, bizim enerji şirkətimiz olan SOCAR-da ciddi islahatlar aparılıb. Yeni korporativ rəhbərlik, şəffaflıq səmərəlilik bizə əlavə qaz tutumlarına qənaət etməyə imkan verəcək".

 

Yeni rekordlara imza atan ölkə

 

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət Azərbaycanı yeni inkişaf mərhələsinə çıxarmaqla yanaşı, regional beynəlxalq miqyasda nüfuzunu da artırıb. Hazırda dünyanın geosiyasi iqtisadi gündəminin əsas mövzularından birini təşkil edən Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycan əsas açar rolunu oynayan dövlətlərdən biri kimi qəbul olunmaqdadır. Çünki Azərbaycanın iştirakı olmadan bölgədə geniş mənada yerləşdiyimiz qitədə enerji təhlükəsizliyi məsələləri tam şəkildə həll oluna bilməz. Bu reallığı tərəfdaşlıq etdiyimiz böyük ölkələr bölüşürlər.

Dünyanın hətta ən qüdrətli dövlətləri belə enerji sahəsində Azərbaycanla əməkdaşlığa xüsusi önəm verməklə yanaşı, bundan, sözün əsl mənasında, qürur hissi keçirdiklərini açıqlayırlar.

Bu prosesi dəyərləndirən İlham Əliyev deyir ki, Azərbaycanın başlatdığı Avropa İttifaqının, o cümlədən tərəfdaşlarımızın dəstəklədiyi layihələr Avropanın enerji xəritəsini tamamilə dəyişir. Çünki Azərbaycan tərəfdaşları ilə birgə Xəzər dənizini Qara dəniz Aralıq dənizi ilə birləşdirən neft kəməri çəkməklə yeni rekordlara imza atıb.

 

Orta dəhlizə mühüm töhfə

 

"Şərq-Qərb" "Şimal-Cənub" nəqliyyat dəhlizləri layihələrinin fəal iştirakçısı olaraq həm "Cənub-Qərb" "Şimal-Qərb" layihələri üzərində aparan Azərbaycan Zəngəzur dəhlizinin açılması ilə Orta dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) daha səmərəli etibarlı marşrut olmasına mühüm töhfə verə bilər.

Hazırda Orta dəhliz uzaq Çindən yüklərin Avropaya Yaxın Şərqə daşınması üçün ən təhlükəsiz marşrutlardan hesab edilir. Bu marşrut Şimal dəhlizindən orta hesabla 2500 kilometr qısadır dəmir yolu ilə səyahət müddətini yeddi-səkkiz günə azaltmaq potensialına malikdir. O həmçinin keçdiyi ölkələr arasında ticarətin inkişafına kömək etmək iqtidarındadır.

Bu dəhliz həm tarixi Böyük İpək yolunun yenidən canlandırılmasını şərtləndirir. Çünki Orta dəhliz vasitəsi ilə yüklər Çin, Qazaxıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan, Türkiyə daha sonra Avropaya daşınacaq.

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi tanınan Orta dəhliz üzrə hərəkət edən blok qatarı yükləri orta hesabla 20-25 günə Çindən Avropaya çatdırır ki, bu da nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biri sayılır.

Xatırladaq ki, bu il oktyabrın 13-də Astanada səfərdə olan İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşündə bu barədə fikirlərini səsləndirmişdi. Dövlət başçısı vurğulamışdı ki, Azərbaycan təkcə öz regionunda deyil, həm daha geniş coğrafi miqyasda çox böyük rol oynayır.

Göründüyü kimi, Azərbaycan tərəfindən həyata keçirilən genişmiqyaslı nəqliyyat infrastrukturu layihələri ölkəmizi ən mühüm beynəlxalq nəqliyyat logistika mərkəzlərindən birinə çevirib. Azərbaycan "Şərq-Qərb" "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin inkişafına mühüm töhfələr verir. Əminliklə deyə bilərik ki, Azərbaycan Orta dəhlizin önəmli hissəsini təşkil edəcək Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə  həm türk dünyasına mühüm siyasi iqtisadi dividend qazandıracaq.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2022.- 9 dekabr.- S.1; 6.