Azərbaycanın birinci xanımı Mehriban
Əliyeva Türkmənbaşı şəhərində təsviri
və dekorativ sənət əsərlərindən
ibarət sərgilərlə tanış olub
Dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşü çərçivəsində Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva, Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədrinin xanımı Oqulgerek Berdiməhəmmədova, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan təsviri və dekorativ sənət əsərlərindən ibarət sərgilərlə tanış olublar.
AZƏRTAC
xəbər verir ki, Türkmənistanın təsviri və
dekorativ sənət əsərləri sərgisi 11 bölmədən
ibarətdir.
Sərginin
bölmələrində türkmən xalqının
bütün dünyada məşhur xalça və xalça
məhsulları, keşdə üslubunda hazırlanmış
milli qadın geyimləri, qadınlar üçün milli zinət
əşyaları, o cümlədən üzük,
sırğa, bilərzik və digər aksesuarlar, türkmən
qadın rəssamlarının əsərləri və əl
işləri nümayiş olunur.
Eyni
zamanda, sərgidə milli “ume” ayini icra olundu, türkmən təbiətinin
gözəlliyini və xüsusiyyətlərini əks etdirən
xalçalar təqdim edildi.
Sonra türkmən qızlar folklor mahnıları ifa etdilər, toy adət-ənənələri təqdim olundu. Həmçinin yerli qadınların hazırladıqları keramika nümunələri, tikmələr, keçə xalçalar qonaqlarda xoş təəssürat yaratdı.
Tədbir çərçivəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya xatirə hədiyyələri təqdim edildi.
Daha sonra konsert proqramı və Türkmənistanın milli geyimləri nümayiş olundu.
Sərgi
ilə tanışlıqdan sonra Azərbaycanın birinci
xanımı Mehriban Əliyeva, Türkmənistan Parlamenti Xalq
Məsləhətinin sədrinin xanımı Oqulgerek Berdiməhəmmədova
və Türkiyənin birinci xanımı Əminə
Ərdoğan çay süfrəsi arxasında söhbət
etdilər.
Azərbaycan.-2022.- 15 dekabr.- S.4.