Azərbaycan-Türkiyə-Türkmənistan
sənədləri imzalanıb
Azərbaycan
Prezidenti İlham Əliyevin Türkmənistana səfəri
Dekabrın
14-də Türkmənbaşı şəhərində
prezidentlər İlham Əliyevin, Rəcəb Tayyib
Ərdoğanın və Sərdar Berdiməhəmmədovun
geniş tərkibdə görüşündən sonra Azərbaycan-Türkiyə-Türkmənistan
sənədləri imzalanıb.
AZƏRTAC
xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikası,
Türkiyə Respublikası və Türkmənistan Dövlət
Başçılarının Birinci Zirvə
Görüşünün Birgə Bəyanatı qəbul
edildi.
“Ticari-iqtisadi
əməkdaşlıq haqqında hökumətlərarası
Saziş”i Türkmənistan Nazirlər Kabineti sədrinin
müavini Batır Atdayev, Azərbaycan Respublikasının
xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə
Respublikasının ticarət naziri Mehmet Muş imzaladılar.
“2023-2025-ci
illər üzrə elm, təhsil və mədəniyyət
sahələrində əməkdaşlığa dair hökumətlərarası
Çərçivə Proqramı”nı Türkmənistan
Nazirlər Kabineti sədrinin müavini Nurməhəmməd
Amannepesov, Azərbaycan Respublikasının xarici işlər
naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının
xarici işlər naziri Mövlud Çavuşoğlu
imzaladılar.
“Gömrük
əməkdaşlığına dair Birgə məşvərət
komissiyasının yaradılması haqqında
qarşılıqlı anlaşmaya dair Hökumətlərarası
Memorandumu” Türkmənistanın Dövlət Gömrük
Komitəsinin sədri Maksat Xudayqulıyev, Azərbaycan
Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və
Türkiyə Respublikasının ticarət naziri Mehmet Muş
imzaladılar.
“Energetika
sahəsində əməkdaşlığın inkişaf
etdirilməsi ilə bağlı qarşılıqlı
anlaşmaya dair Qurumlararası Memorandum”u “Türkmənqaz”
Dövlət Konserninin sədri Batır Amanov, Azərbaycan
Respublikasının energetika naziri Pərviz Şahbazov və
Türkiyə Respublikasının energetika və təbii sərvətlər
naziri Fatih Dönməz imzaladılar.
“Nəqliyyat
sahəsində əməkdaşlığın inkişaf
etdirilməsi ilə bağlı qarşılıqlı
anlaşmaya dair Qurumlararası Memorandum”u Türkmənistanın
Nazirlər Kabineti yanında Nəqliyyat və Kommunikasiyalar
Agentliyinin baş direktoru Məmmədxan Çakıyev, Azərbaycan
Respublikasının rəqəmsal inkişaf və nəqliyyat
naziri Rəşad Nəbiyev və Türkiyə
Respublikasının nəqliyyat və infrastruktur naziri Adil
Qaraismayıloğlu imzaladılar.
Azərbaycan.-2022.- 15 dekabr.- S.3.