İlham
Əliyevin Qurbanqulu Berdiməhəmmədov ilə
görüşü
Azərbaycan
Prezidenti İlham Əliyevin Türkmənistana səfəri
Dekabrın
14-də Türkmənbaşı şəhərində Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan
Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov
ilə görüşü olub.
AZƏRTAC
xəbər verir ki, Azərbaycan
Prezidenti İlham Əliyevi salamlayan Qurbanqulu Berdiməhəmmədov
dedi:
- Hörmətli qardaşım İlham Heydər oğlu, Sizi qonaqpərvər Türkmənistanda, xüsusən böyük Xəzərin sahilində salamlamağa çox şadam. Bu gün dost, qardaş ölkələr – Türkmənistan, Azərbaycan və Türkiyə arasında ilk dəfə Zirvə Görüşü keçirilir. Hesab edirəm ki, bu Zirvə Görüşü ölkələrimiz arasında münasibətlərin inkişafında mühüm rol oynayacaq və səmərəsini verəcək.
Bizim ölkəmiz Azərbaycan və Türkiyə ilə qardaşlıq münasibətlərinə xüsusi diqqət yetirir. İlk dəfə keçirilən bu üçtərəfli Zirvə Görüşü, fikrimcə, ölkələrimiz arasında geosiyasi və geoiqtisadi münasibətlər baxımından əhəmiyyətli olacaq. Dövlətlərimiz arasında enerji ehtiyatları tədarükünün şaxələndirilməsi, tranzit-nəqliyyat əlaqələrinin möhkəmləndirilməsi ilə bağlı bir sıra iqtisadi məsələlər var. Humanitar istiqamətə gəldikdə isə dövlətlərimiz arasında ortaq cəhətlər çoxdur – dil, dini etiqad, mədəniyyət və bir sıra başqa məsələlər. Qardaşım İlham Heydər oğlu, mən ölkələrimiz arasında parlamentlərarası əlaqələri də qeyd etmək istəyirəm.
x x x
Prezident
İlham Əliyev dedi:
- Sağ olun, hörmətli Qurbanqulu Məlikquliyeviç. Yenidən Sizinlə
görüşməyimə çox şadam. Mən artıq ikinci dəfədir ki, bu il qardaş Türkmənistana səfər
edirəm və Sizinlə görüşmək
hər zaman çox xoşdur. Biz Sizinlə uzun
illər Türkmənistan-Azərbaycan
əlaqələrinin inkişafı
istiqamətində önəmli
addımlar atmışıq
və bu gün iki qardaş
ölkə öz əlaqələrini yeni səviyyəyə qaldırır.
Mən çox şadam ki, bütün sahələrdə qardaşlıq,
dostluq əlaqələri
özünü göstərir.
Biz həm siyasi
sahədə strateji tərəfdaşıq, həm
iqtisadi sahədə
son vaxtlar böyük
uğurlara imza atmışıq, ticarət
dövriyyəsi bir neçə dəfə artıb. Siz də qeyd etdiyiniz kimi, nəqliyyat, tranzit sahəsində də böyük irəliləyiş
var.
Əsas odur ki, xalqlarımız
qardaş xalqlardır
və bu gün müstəqil Türkmənistan və müstəqil Azərbaycan
öz münasibətlərini
bu qardaşlıq əsasında qurur. Bu, həm ölkələrimiz,
eyni zamanda, bölgə üçün
çox önəmlidir
və bu gün üç qardaş ölkə Türkmənistanda, bu gözəl Avazada görüşür. Hesab edirəm
ki, bu da
əcdadlarımızın ruhunu şad edən bir hadisədir.
Çünki bu, təbiidir,
belə də olmalıdır, qardaş xalqlar bir yerdə
olmalıdırlar.
Fürsətdən istifadə edərək burada gördüklərimlə
bağlı fikrimi bölüşmək istərdim. Burada
qurduğunuz çox
gözəl şərait bizi sevindirir. Avaza doğrudan da beynəlxalq turizm mərkəzinə çevrilir,
həm səliqə-sahman, həm gözəllik, həm də
yaşıllıq. Xəzər dənizinin sahillərində
belə möhtəşəm mərkəzin yaradılması
şəxsən Sizin böyük
nailiyyətinizdir. Bu münasibətlə Sizi və qardaş
türkmən xalqını təbrik edirəm. Dəvətə
görə bir daha təşəkkür
edirəm.
Azərbaycan.-2022.- 15 dekabr.- S.2.