Koreya
Respublikası Azərbaycanla əlaqələrin
inkişafında maraqlıdır
Dekabrın
14-də Milli Məclis sədrinin müavini, parlamentin Gənclər
və idman komitəsinin sədri Adil Əliyev Koreya
Respublikası Milli Assambleyasının Milli müdafiə komitəsinin
sədri Li Hun-seunqun başçılıq etdiyi nümayəndə
heyəti ilə görüşüb.
AZƏRTAC
xəbər verir ki, qonaqları salamlayan Adil Əliyev iki
ölkə arasında qurulan əlaqələrdən söz
açıb. Azərbaycan və Koreya arasında münasibətlərin
yüksələn xətlə inkişaf etdiyini bildirən
Milli Məclis sədrinin müavini təhsildə və tələbə
mübadiləsi sahəsində əldə olunan nailiyyətlərdən
danışıb və münasibətlərin daha da
inkişaf etdirilməsi üçün mövcud potensialdan
istifadə olunmanın vacibliyini qeyd edib.
Adil
Əliyev Azərbaycanın BMT Təhlükəsizlik
Şurasının uzun müddət kağız üzərində
qalmış 4 qətnaməsini öz gücü hesabına həyata
keçirərək 2020-ci ildə torpaqlarını erməni
işğalından azad etməsindən, 2020-ci il noyabrın
10-da Ermənistanın kapitulyasiya sənədinə qol çəkərək
üzərinə götürdüyü öhdəliklərdən
danışıb. Qeyd olunub ki, müharibədən iki il
keçməsinə baxmayaraq, Ermənistan öhdəliklərə
əməl etmir, hər addımda təxribata əl atır və
mütəmadi olaraq silahlanmağa cəhd göstərir. Eyni
zamanda, Ermənistan Laçın humanitar dəhlizindən hərbi
sursatların, o cümlədən piyada əleyhinə
minaların, habelə Azərbaycanın Rusiya sülhməramlılarının
müvəqqəti yerləşdiyi ərazilərindən
qanunsuz çıxarılan təbii sərvətlərin
daşınması üçün istifadə edir. Təhlükəsizliyə
cavabdeh olan Rusiya sülhməramlıları isə
bütün bunlara göz yumur, ekoloji monitorinqin
aparılmasına qarşı törədilən təxribatlarla
bağlı heç bir addım atmır. Bildirilib ki,
hazırda QHT nümayəndələri və ekologiya fəalları
tərəfindən Şuşa-Laçın yolunda Rusiya
sülhməramlılarının müvəqqəti yerləşdiyi
Azərbaycan ərazilərində təbii sərvətlərimizin
qanunsuz çıxarılmasına, vəhşicəsinə
talan edilməsinə və ekoloji terrora qarşı aksiya
keçirilir.
Milli
Məclis sədrinin müavini beynəlxalq ictimaiyyətin Ermənistana
tezliklə bu sahədə təsir göstərəcəyinə
ümidini ifadə edib.
Görüşdə
Milli Məclisin Müdafiə, təhlükəsizlik və
korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət
Əsgərov Azərbaycanın Koreya ilə bütün sahələrdə
əlaqələrin daha da dərinləşdirilməsində
maraqlı olduğunu deyib. O, parlamentlərarası əlaqələrin
daha da inkişaf etdirilməsinin vacibliyindən
danışaraq, bunun üçün qarşılıqlı
səfərlərin intensivliyinin artırılmasının əhəmiyyətini
vurğulayıb. Z.Əsgərov səfər çərçivəsində
aparılacaq müzakirələrin dostluq münasibətlərimizin,
eləcə də parlamentlərarası əlaqələrin
inkişafına yeni təkan verəcəyinə
inamını ifadə edib.
Koreya Respublikası Milli Assambleyasının Milli müdafiə komitəsinin sədri Li Hun-seunq səmimi qəbul üçün təşəkkür edib, ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında, xüsusilə “ağıllı şəhər” və “yaşıl enerji” kimi layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirib. O, Koreyanın Busan şəhərinin “Expo 2030” Ümumdünya Sərgisinə ev sahibliyi üçün namizədliyini irəli sürməsindən danışıb.
Söhbətdə Koreya Milli Assambleyasının üzvü Li Joo Hvan, Müdafiə Təminatı Proqramı Administrasiyasının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Sanqdeok Çoi, “UI helicopter” şirkətinin təmsilçisi Yae Seunq Yanq çıxış edərək Azərbaycan-Koreya münasibətlərinin inkişaf perspektivləri və istiqamətləri ilə bağlı fikirlərini bölüşüblər.
Görüşdə Koreya
Respublikasının Azərbaycandakı səfiri Li İn-Yonq və digər
rəsmi şəxslər iştirak ediblər.
Azərbaycan.-2022.- 15 dekabr.- S.5.