E-köşk" çap mediasını daha əlçatan edir

 

 

Söz azadlığı demokratiyanın təməl pirinsiplərindən biri və ən başlıcasıdır. İnsan yaşadığı cəmiyyətdə, əhatə olunduğu mühitdə öz fikrini sərbəst şəkildə ifadə etməkdə azad olmalıdır. İnsanların fikir, söz və məlumat azadlıqları mətbuatdan başlayır.

Mətbuatı azad, müstəqil olmayan ölkənin vətəndaşının azad fikirlilikdən bəhs etməsi absurdgülüncdür. Müdrüklərin belə bir deyimi var: "Əgər bir ölkəni yaxşı tanımaq istəyirsənsə, o ölkənin mətbuatını oxu". Mətbuat zamanın gerçək təsvirini vermək kimi mühüm bir missiyanı yerinə yetirir. Mətbuatın müstəqilliyi cəmiyyətin şəffaflığını təmin edən ən başlıca amillərdən biridir. Dövlətimiz azad söz deməyə imkan yaradır, mətbuatın inkişafının hər zaman qayğısına qalaraq ona daim maddi və mənəvi dəstək verir.

 Əsrimiz texnologiya, sürət əsridir. Bu gün dünyanın idarə olunmasında informasiyanın əvəzolunmaz rolunu inkar etmək mümkün deyil. Məlumdur ki, dünyanın supergücləri arasında təkcə silahlı müharibə getmir, həm də informasiya mübarizəsi gedir. İnformasiya istehsalçısı ilə istehlakçı arasında vaxt itkisi olmadan, operativ əlaqə yaradılmasında qlobal informasiya mühitinin modernləşməsi, ənənəvi çap mediasında yeni texnologiyaların tətbiqi və rəqəmsallaşma zəruri element kimi çıxış edir. Eyni zamanda müvafiq sahə üçün uzunmüddətli inkişaf perspektivləri yaradır. Yeni media mühitinin ehtiyacları və müşahidə edilən müasir tendensiyaları nəzərə alınaraq ölkəmizdə yeni yaradılan "E-köşk" portalı rəqəmsal çap mediası məhsullarının abunə və satışının təşkil edildiyi platformadır. Xatırladaq ki, dünyanın əksər ölkələrində tətbiq olunan bu lahiyə bizim üçün yenidir. Platforma ənənəvi çap mediasını hər kəs üçün daha əlçatan edir, oxuculara mütəmadi olaraq yenilənən məlumat bazasından qəzet və jurnalları zaman və məkandan asılı olmayaraq asanlıqla əldə edə bilmək imkanı yaradır.

"E-köşk" portalı vasitəsilə oxucular ölkədə baş verənlər yeniliklərdən daim xəbərdar olmaqla yanaşı, sərbəst şəkildə rəqəmsallaşdırılmış arxivdən faydalana biləcəklər.

Xatırladaq ki, həm çap mediası subyektlərinin, həm də oxucuların istifadəsinə verilən platforma qəzet və jurnalların abunə və satışının elektron formada həyata keçirilməsinə vasitəçilik etməklə əldə olunan gəlirin birbaşa media subyektlərinin bank hesablarına köçürülməsini təmin edir. Qiymətlər subyektlərin özləri tərəfindən sərbəst şəkildə müəyyənləşdirilir. Bu da media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində mühüm addımdır. Öz növbəsində çap mediası subyektlərinin iqtisadi dayanıqlılığının artırılması, ənənəvi çap mediasının rəqəmsal mühitə uyğunlaşması istiqamətində innovativ addım olmaqla ənənəvi çap mediasını hər kəs üçün daha əlçatan etməklə, oxuculara mütəmadi olaraq yenilənən məlumat bazasından istifadə etməyə şərait yaradır.

"E-köşk" platformasının yaradılmasında məqsəd birmənalı olaraq çap mediasının ekolojiiqtisadi dayanıqlılığını artırmaq, ənənəvi medianın rəqəmsallaşmasını təşviq etmək, informasiya cəmiyyətinə keçidi sürətləndirməkdir. "E-köşk"ə daxil olan oxucu çap məhsullarının mənzərəsini görüb, istədiyi mətbuat orqanı ilə birbaşa tanış olmaq imkanı əldə edir. Bu da həm vaxta qənaət etməklə bir informasiyanı bir neçə mənbədən oxumaq imkanı əldə etmək deməkdir. "E-köşk" platforması çap mediasının əsas və etibarlı onlayn məlumat mənbəyinə çevriləcəkdir.

Medianın İnkişafı Agentliyinin Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva qəzetimizə verdiyi açıqlamada "E-köşk"ü zəruri edən amillər və çap mediasının inkişafına göstərəcəyi dinamik təsirlərdən danışıb. O bildirib ki, çap mediası məhsullarının abunə və satışının təşkilinə dəstək göstərilməsi, media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində tədbirlərin görülməsi, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin fəaliyyətində əsas götürdüyü istiqamətlərdir.

Qabaqcıl texnologiyaların media sahəsində geniş tətbiqi, həmçinin digər innovativ yeniliklərin bu sahədə yaratdığı ehtiyaclar və müşahidə edilən müasir tendensiyalar nəzərə alınaraq hazırlanan "E-köşk" elektron platforması rəqəmsal çap mediası məhsullarının abunə və satışının təşkil edildiyi proqram təminatıdır.

"E-köşk" platforması oxucular üçün bir çox faydaimkanlar təklif edir. Bu üstünlüklərə istifadəçinin istədiyi redaksiyaları, qəzet nömrələrini seçə, saxlayaya abunə olaraq yeniliklərdən daim xəbərdar ola bilməsini, çap mediasının əvvəlki nömrələrinin saxlanıldığı rəqəmsal arxiv və zəngin məlumat bazasından istifadəni, hər kəs üçün əlçatan olmasını misal göstərə bilərik.

Səidə Şəfiyevanın sözlərinə görə, "E-köşk" platforması redaksiyalara rəqəmsal yayıma keçid edərək mətbəə xərclərini aradan qaldırmaqla çap məhsullarının satışından və reklamdan əldə olunan gəliri yüksəltməyə, əhatə dairəsini genişləndirməyə və potensial oxucu kütləsini artırmağa imkan yaradır.

Hazırda Azərbaycanda çap mediası məhsullarının satışı Bakı şəhərinin müxtəlif ərazilərində və regionlarda yerləşən köşklərdə həyata keçirilir. Əlavə olaraq, müxtəlif qəzet redaksiyaları eyniadlı veb-saytlarında qəzet nömrələrinin pdf fayllarının yayımını həyata keçirir. Lakin redaksiyalar tərəfindən onlayn qəzetlərin daha çox kütləyə çatması üçün sistemli fəaliyyət təşkil edilmirbir çox hallarda qəzet nömrələri mütəmadi yenilənmir.

Azərbaycan üzrə çap məhsullarının mərkəzləşmiş yayım və satışını həyata keçirən vahid internet platformasının mövcud olmaması əsas məlumatları onlayn media vasitəsilə qəbul edən oxucular üçün çap mediasını alternativ olmaqdan uzaqlaşdırır.

Müasir informasiya mühitində müşahidə edilən çağdaş tendensiyalar ənənəvi medianın rəqəmsallaşmasını zəruri edir. Sürətlə qloballaşan dünyada operativ informasiya mübadiləsinin təmin edilməsi üçün bənzər təcrübə bir çox ölkələrdə müşahidə edilir. ABŞ, İsveç, Kanada, Polşa, Niderland, Banqladeşdə qəzet və jurnalların rəqəmsal yayımının həyata keçirildiyi analoji platformalar fəaliyyət göstərir.

 "E-köşk"də oxucular çap mediası məhsullarına günlük, həftəlik, aylıq və ya illik abunə ola bilərlər. Burada onlar maraq dairələrinə görə istədikləri qəzet və jurnal nömrəsini satın alaya abunə ola bilərlər. "E-köşk" platformasında hazırda hesabı olan 28 redaksiyanın məhsullarını həm vətəndaşlar, həm də müxtəlif qurumlar qeydiyyatdan keçərək əldə edə bilərlər.

 

Elşən QƏNİYEV,

Azərbaycan.-2022.- 15 dekabr.- S.10.