"Qarabağın
geologiyası və faydalı qazıntıları"
monoqrafiyası gürcü dilində çap olunub
Tbilisinin "Universal" nəşriyyatında "Qarabağın geologiyası və faydalı qazıntıları" monoqrafiyası gürcü dilində çap olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, AMEA Geologiya və Geofizika İnstitutunun əməkdaşı, BDU-nun Faydalı qazıntılar kafedrasının professoru olmuş geologiya-mineralogiya elmləri doktoru Cəbrayıl Azadəliyevin müəllifi olduğu kitabda mürəkkəb geoloji quruluşu və zəngin yeraltı sərvətləri olan Qarabağın geoloji-tektonik mövqeyi, struktur-formasion zonalar üzrə antiklinorilərin, sinklinorilərin, köndələn çökəklərin, qalxıntıların quruluşu tədqiq olunub.
Monoqrafiyada Kiçik
Qafqaz regionunun Azərbaycan
Respublikası hissəsində (Naxçıvan Respublikası istisna olmaqla) yerləşən
faydalı qazıntı yataqları, onların geologiyası, genezisi ilə yanaşı, faydalı
qazıntı kütləsinin ehtiyatı haqqında məlumatlar
öz əksini tapıb. Kitab
nəzəri və təcrübi əhəmiyyət kəsb
edən elmi əsərdir.
Azərbaycan.-2022.- 15 dekabr.- S.10.