Haqlı tələbin dinc nümayişi

 

QHT nümayəndələrinin müxtəlif ictimai təşkilatları təmsil edən  fəalların Şuşa şəhərinin girişində Azərbaycanın təbii sərvətlərinin erməni separatçıları tərəfindən talan olunmasına qarşı keçirdikləri dinc etiraz aksiyası davam edir. Çox güman ki, bu aksiya vacib xəbər kimi bir neçə gün dünya mediasının gündəmindən düşməyəcək talançı erməni separatçıları ilə rusiyalı sülhməramlıların bağlanılan üçtərəfli müqaviləni necə pozduqlarını sərgiləyəcək.

Yəqin ki, siz aksiyanın ilk günü sülhməramlıların  erməni terrorçularının onlara süzdükləri arağın ruhuna uyğun ağalıq etdiklərini gördünüz. Bu biabırçı səhnələr dinc silahsız Azərbaycan vətəndaşlarının yolunu kəsə biləcək, Xudayar bəy kimi qaçıb axurda gizlənən general Volkova başucalığı gətirəcək. "Sülhməramlı" generalın silahsız Azərbaycan vətəndaşlarının qarşısına çıxmağa cəsarəti çatmır. Amma ona cəsarəti çatır ki, haqqı tələb edən etirazçıların  ətrafina hərbi texnika cəmləşdirsin, əsgərlərinə manevr etməyə dinc nümayişçilərə təzyiq göstərməyə əmrlər versin.

İctimai fəallarımız isə sülhməramlıların içində leşinə kimi vurub keflənən rus zabitini göz qırpımında ifşa etdilər. Demə, onların "missiya"sı terrorçuların çəkdikləri tut arağını gillədib dingildəmək imiş. Belə çıxır ki, general Volkov da araqdan sümükləri gəmirçəyə dönənədək vurubmuş. Onun adam arasına çıxmamağa bundan böyük səbəbi ola bilməzdi. Sülhməramlıların arasında biri maskanı üzünə çəksə , erməni burnu maskanı yırtıb nümayişkaranə tərzdə bir qarış irəli çıxmışdı. Onu anındaca ifşa edən  ictimai fəallarımız onunla ermənicə danışdılar. Demə, o ara-bərədə yenə   bir neçə erməni var imiş. Qarabağda qədər sülhməramlı olduğunu demək çətindir, amma müxtəlif mənbələr onların 7-8 min nəfər olduğunu göstərir. Təxmini hesablamalara görə, sülhməramlıların içində ermənilərin sayı  500 nəfəri keçə bilər. İndi barmağınızı gicgahınıza dirəyin Ermənistandan gətirilib Azərbaycan  torpaqlarında basdırılan minaların kimlər tərəfindən hansı cığırlarla daşınmasını təxmin edin.

Artıq hamıya bəllidir ki, ictimai fəalların aksiyası Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ekoloji vəziyyətin gərginləşməsi ilə əlaqədardır. Ekoloqlarımız istəyirlər ki... Sadəcə Azərbaycan ərazilərində monitorinq aparmaları üçün şərait yaradılmasını. Məqsədləri ekoloji terrorun dayandırılması, Azərbaycanın iki mühüm faydalı qazıntı yatağının  ermənilər tərəfindən  istismarına son qoyulmasıdır. Təəssüf ki, ərazimizdə qonaq olub özlərini qonaq kimi aparmayanlar hələ ki, buna imkan vermirlər. Yeri gəlmişkən xatırladaq ki, İqtisadiyyat Nazirliyi ilə Ekologiya Təbii Sərvətlər Nazirliyinin rəsmiləri bir neçə gün öncə  Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı onun törətdiyi fəsadlarla bağlı monitorinq keçirmək istəsələr , buna nail ola bilməmişlər.

Təbii ki, bu belə davam edə bilməz. 2 il öncə sübut etdik ki, səbrimiz qədər geniş olsa da, sonsuz deyil. Keçirdiyimiz bu dinc aksiya haqlı tələbimizin dinc nümayişidir. Amma hələlik...

 

Bahadur İMANQULİYEV

Azərbaycan.- 2022.- 14 dekabr. S.4.