Aksiya iştirakçıları təbii sərvətlərimizin talanına son qoymağı tələb edirlər

 

Bir neçə gündür ki, Cənubi Qafqazın, eləcə bütün dünya ictimaiyyətinin diqqəti Xankəndi-Gorus yolunun bağlanması, habelə ərazidəki faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarı daşınması ilə əlaqədar qeyri-hökumət təşkilatı nümayəndələrinin, ictimai fəalların tələblərindən irəli gələn proseslərə yönəlib. 

Dekabrın 12-si səhər saatlarından başlayan aksiyada  iştirakçılar faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etirazlarını bildirirlər. Azərbaycan mütəxəssislərindən ibarət heyətin həmin yataqlarda monitorinq aparılmasına Rusiya sülhməramlıları tərəfindən şərait yaradılmasını tələb edir, eyni zamanda bununla bağlı lazımi tədbir görmədiyinə görə Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüşmək istəyirlər.

Ekologiya Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət qrupun Qarabağ iqtisadi rayonunda apardığı monitorinqə görə, sərvətlərimizin talandığı faktı yenidən aktuallaşıb. Özü bu, indi başlanan proses deyil, hələ işğalın mövcud olduğu 30 il ərzində Ermənistan Qarabağ Şərqi Zəngəzur iqtisadi rayonlarının yeraltı-yerüstü sərvətlərini barbarcasına talayıb, xarici şirkətləri qanunsuz şəkildə bölgəyə cəlb edib. Bu şirkətlər həm Ermənistana, həm digər xarici ölkələrə məxsusdur. Xatırladaq ki, Azərbaycanın Baş Prokurorluğunun hələ 2018-ci ildə apardığı araşdırmalara görə, Ermənistanda digər ölkələrdə hüquqi qeydiyyatdan keçən "Vallex Group", "Base Metals", ACP, Lerna Metalurgiayi İnstitute, "Teghout" digər şirkətlər, o cümlədən Ermənistandan olan fiziki şəxslər qızıl hasilatı biznesinin təşkilində iştirak ediblər.

"Vallex Group" talama prosesində aparıcı şirkətlərdən olub. İsveçrədə qeydiyyatdan keçən bu şirkəti erməni biznesmen Valeri Meclumyan təsis edib. Şirkət müxtəlif ölkələrdə qeydiyyatdan keçən - misal üçün, Kipr, Lixtenşteyn s. - törəmə şirkətləri özündə birləşdirir. Şirkətin maliyyə mənbələrindən biri kimi Rusiyanın VTB bankının da adı çəkilir. Qrupa o cümlədən Ermənistan Rusiyada, eləcə işğal dövründə Qarabağda fəaliyyət göstərmiş şirkətlər daxil olub.

2001-ci ildə "Base Metals" şirkətini təsis edən "Vallex Group" işğal dövründə Kəlbəcərin "Heyvalı" yatağını istismar edərək, qurudub. Məlumatlara görə, 2009-2011-ci illərdə 400 min ton filiz emal edilib, halbuki bu müddətdə emal həddi 150 min olmalıdır. "Heyvalı" qurudandan sonra şirkət 2011-ci ildə keçmiş Ağdərə rayonundakı "Kaşen" - "Dəmirli" yatağının istismarına başlayıb. Bu yataqdan çıxarılan filiz əsasən Avropa ölkələrinə ixrac edilib.

"Base Metals" istismara qeyri-qanuni şəkildə xarici mütəxəssisləri cəlb edib. Misal üçün, Cənubi Afrikadan olan mədən mühəndisi Johann Murrayın 2016-cı ildə separatçıların "televiziyasına" müsahibəsi bunu təsdiq edir. Belə mütəxəssislərdən biri "Base Metals" şirkətinin (eyni zamanda "Vallex Group" şirkətlər qrupunun) maliyyə investoru, İsveçrə vətəndaşı Vartan Sirmakesdir.

Danimarkanın "FLSmidth" şirkəti 2006-cı ildən "Vallex Group" ilə əməkdaşlıq çərçivəsində işğal altındakı ərazilərdə yataqların istismarına cəlb edilib. Bu şirkət "Vallex Group"un avadanlıq layihələndirmə ilə bağlı sifarişlərini yerinə yetirib, yerli işçilərə treyninqlər keçmək üçün mütəxəssislər təqdim edib, o cümlədən 2008-ci ildə Ermənistanın Lori regionunda "Vallex"ə məxsus olan "Teghut" mis-molibden yatağında sifarişlə xidmətlər göstərib.

Diqqətçəkən məqamlardan biri Qarabağda yataqların istismarında iştirak edən xarici mütəxəssislərin bölgəyə birbaşa yox, Ermənistan üzərindən gətirilməsidir. Mütəxəssislər Ermənistandakı yataqlarda işləməyə dəvət olunur, daha sonra Qarabağa gətirilirdi. Bu, böyük ehtimalla mütəxəssislərin işğal altındakı ərazilərə qanunsuz səfər etmək istəməməsindən qaynaqlanırmış. Misal üçün, "FLSmidth" şirkətinin Loridəki "Teghut" yatağında işləyən mütəxəssisləri buna paralel olaraq, "Kaşen" ("Dəmirli") yatağında da çalışıb. Onların CV-lərində işlədikləri ölkə kimi Ermənistan, yerləri kimi "Dəmirli" yatağı göstərilir.

Rusiya vətəndaşı Roman Valeyev belələrindəndir. O, "FLSmidth" şirkətinin mühəndisi kimi 2014-2015-ci illərdə Ermənistandakı "Teghut" yatağında işləyib, 2015-ci ildə fasilələrlə Qarabağdakı "Dəmirli" yatağında istismar işinə cəlb olunub. "FLSmidth" şirkətinin tərcüməçisi, Rusiya vətəndaşı Yelena Kanturun, Almaniya Türkiyə vətəndaşlığı daşıyan mühəndis Yalçın Kulaklıoğlu müəyyən müddətdə Qarabağda bu şirkətlərdə çalışmışlar.

"Teghut" yatağında işləyən İranın "Kavoshgaran Consulting Engineers" (KCE) şirkətinin əməkdaşları da "Dəmirli" yatağının istismarına cəlb olunublar. Mexanizm eynidir: "FLSmidth" şirkətində olduğu kimi, KCE şirkətinin əməkdaşları da "Teghut" yatağında işləyib, buna paralel olaraq, "Dəmirli" yatağının da istismarında iştirak ediblər. KCE-nin rəsmi saytında isə "Dəmirli" yatağı Ermənistan ərazisindəki mədən kimi göstərilib.

Qarabağdakı "Dəmirli" yatağının qanunsuz istismarına cəlb edilən KCE mütəxəssisləri arasında İran vətəndaşları Zohreh İranmaneşin, Mostafa Asadizadehin, 2015-2018-ci illər arasında KCE- baş geotexniki mühəndis olmuş Sahand Şokrinin adını çəkmək olar. Bu şəxslərin 2015-ci ildə "Teghut" yatağı ilə yanaşı, "Dəmirli" yatağında da işlədiyinə dair məlumatlar var.

Rusiyanın "Gold Star" QSC isə Zəngilan rayonunun Vejnəli kəndində qızıl yataqlarının qanunsuz istismarını həyata keçirib. Burada olan "Vejnəli" yatağı ilə yanaşı, Kəlbəcər rayonunun "Söyüdlü" (zod-qızıl-sulfid), "Qızılbulaq" (qızıl-mis-kolçedan), "Heydərə" (qızıl), "Qərbi Qızılitən" "Ağzıbir" (qızıl) yataqları da talanıb.

İşğal dövründə erməni mənbələr Qarabağ ətraf ərazilərdəki "qızıl mafiyası" haqda zaman-zaman məlumatlar dərc edib. Hələ o zaman Qarabağdakı separatçı-terrorçu rejimin keçmiş "rəhbəri" Bako Saakyan Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan Azərbaycanın işğal altındakı ərazilərində istismar edilən qızılın xaricə daşınmasına görə ittiham edilirdi.

Erməni jurnalist Vaqram Ağacanyanın araşdırmasına görə, işğal dövründə Ermənistanın 30-dan çox şirkəti Qarabağdakı qızıl digər qiymətli metalların istismarını həyata keçirib. Belə şirkətlərdən biri FDM-dir. 2001-ci ildə fəaliyyətə başlayan şirkət Azərbaycanın 16 tondan çox qızılını talayıb. Təkcə 2008-ci ildə talanan qızılın həcmi 4 ton olub.

Azərbaycanın Baş Prokurorluğu 2018-ci ildə işğal altındakı ərazilərin sərvətlərinin talanması ilə bağlı beynəlxalq məhkəmələrə müraciət ünvanlayıb. Torpaqlarımız işğaldan azad edildikdən sonra istintaq işləri birbaşa yerlərdə aparılıb yeni faktlar aşkarlanıb. Belə ki, Vejnəli kəndində əlvan metal yataqlarından qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, gəlir əldə edən İsveçrədə rəsmi qeydiyyatdan keçmiş "Vallex Group" şirkətlər qrupunun filialı olan "Base Metals" Qapalı Səhmdar Cəmiyyəti 2009-2017-ci illər ərzində cəmi 301 milyon 918 min manat məbləğində qanunsuz gəlir əldə edib. Qeyd edilən cinayət faktları ilə əlaqədar "Vallex Group" şirkətlər qrupunun maliyyə investoru, İsveçrə vətəndaşı Vartan Sirmakes rəhbəri Valeri Mejlumyan, o cümlədən həmin şirkətlər qrupuna daxil olan "Base Metals" QSC-nin icraçı direktoru Artur Mkrtumyan haqqında cinayət işi açılıb, beynəlxalq axtarışa veriliblər.

Hazırda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə təbii sərvətlərimizin talan edilməsi davam etdirilir. Qarabağ iqtisadi rayonunda başlanılması nəzərdə tutulan ekoloji monitorinqin məqsədi qanunsuz fəaliyyətin qarşısını almağa hesablanıb. Azərbaycan mütəxəssislərindən ibarət heyətin həmin yataqlarda monitorinq aparılmasına Rusiya sülhməramlıları şərait yaratmır bununla bağlı lazımi tədbir görmürlər. Ona görə ki, ermənilərin alətinə çevriliblər. Ona görə aksiya iştirakçıları monitorinqə şərait yaradılmayana qədər aksiyanı davam etdirəcəklərini bildiriblər. Onlar Andrey Volkovun əraziyə gəlməsini, qanuni hüquqi tələblərinin yerinə yetirilməsini tələb edirlər.

 

Rəhman SALMANLI,  

Azərbaycan.- 2022.- 14 dekabr. S.5.