Ürəyimiz Şuşa ilə
döyünür
Bu gün xalqımızın ürəyi yenə də Şuşada döyünür. Rus sülhməramlılarının öz missiyalarına uyğun olmayan mövqe sərgiləməsi, birbaşa olmasa da, dolayısı ilə tərəf tutması, Qarabağa qanunsuz səfərlərin gerçəkləşməsinə, silah-sursat daşınmasına açıq- aydın göz yumması hər bir Azərbaycan vətəndaşında hiddət doğurur, əsəblərimizi tarıma çəkir.
Xankəndinin qondarma rejimində "mühüm vəzifə"yə təyin olunan erməni əsilli Rusiya vətəndaşı Vardanyan Qarabağda təbii sərvətlərimizin talan edilməsinə möhkəm girişib. Sülhməramlılarla işbirliyi quran bu dələduz o qədər həddini aşıb ki, Azərbaycanın dövlət qurumlarına da meydan oxuyur, ərazidə monitorinq aparılmasına imkan vermir. Rus sülhməramlıları da heç bir qanuna sığmayan erməni özbaşınalığına nəinki mane olmur, əksinə, bütün gücüylə əlverişli şərait yaradır. Rus sülhməramlılarının komandanı, general Volkov isə bizim haqlı tələblərimizə məhəl qoymur. Hətta o dərəcədə ki, etirazçıların qarşısına çıxmağı, çoxsaylı suallara cavab verməyi lazım bilmir.
Bu gün hər bir azərbaycanlı Şuşada olmaq, etirazçılara qoşulmaq istəyir. Bu gün hər bir ölkə vətəndaşının ürəyi Şuşayla döyünür. Əlbəttə, işlər bu cür davam edə bilməz! Qanun çərçivəsində tədbir görülməsə, "dəmir yumruğ"un havaya qalxacağı şübhəsizdir. Bu yumruq xalqımızla ordumuzun yenilməz vəhdətinin simvoludur. Onun gücünün nəyə qadir olduğunu 44 günlük müharibədə ermənilər yaxşı görüblər. İndi özləri seçim etsinlər.
Etibar
SƏFƏROV, Ağdam rayonu Xındırıstan
kənd tam orta məktəbinin tədris işləri üzrə direktor müavini
Azərbaycan.- 2022.- 14 dekabr. S.5.