Erməni separatçılarına təbii sərvətlərimizi talamağa imkan verməyəcəyik

 

 

Bu gün Azərbaycan ekoloqlarının, media nümayəndələrinin və ictimai fəallarının Laçın yolunda Rusiya sülhməramlılarının postu qarşısında etiraz aksiyasının keçirilməsinin beşinci günüdür. Tələblərimiz aydın, haqlı və beynəlxalq  qanunlara uyğundur.

Biz rus sülhməramlılarının nəzarət zonasında olan "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına, əldə edilən xammalın Ermənistana daşınmasına etiraz edirik. Ötən illərin təcrübəsindən onu da bilirik ki, ermənilər Azərbaycanın milli sərvətlərini talan edərkən heç bir istehsal normalarına əməl etmirlər, ekologiyamıza sağalmaz yara vururlar.

Torpaqlarımız işğal altında olduğu müddətdə Ermənistan tərəfindən Azərbaycanın qızıl yataqları vəhşicəsinə istismar edilib. Erməni jurnalistlərin araşdırmalarına görə, həmin vaxtlar bizim ərazimizdə qanunsuz fəaliyyət göstərən FDM şirkəti tərəfindən işğala son qoyulanadək 21 tondan çox qızıl çıxarılaraq aparılıb. Ümumiyyətlə, işğal zamanı Qarabağ və Şərqi Zəngəzurda 30-dan çox şirkət talançılıqla məşğul olub. Onlardan yalnız bir şirkət ölkəmizdən 21 ton qızıl oğurlayıbsa, görün qalanları nə qədər milli sərvətimizi talan edib.

Ötən dövrdə baş verənləri anlayırıq. O zaman bu talanı durdurmaq imkanımız yox idi.  Ermənistanın 10 noyabr tarixli təslimolma aktına imza atdıqdan sonra isə vəziyyət dəyişib və ortada yeni reallıq var. Bu reallıq da ondan ibarətdir ki, nə Azərbaycan dövləti, nə də ölkə ictimaiyyəti təbii sərvətlərimizin talan edilməsinə, oğurlanmasına imkan verməyəcək.

Aksiyanın səbəbi məlum olsa da, rus sülhməramlılarının davranışları aydın deyil. Birincisi, onlar Azərbaycan dövlətinin razılığı ilə ermənilərin yaşadığı ərazidə müvəqqəti yerləşdirilib. İkincisi, onların ilk işi ərazimizdə olan qanunsuz erməni silahlı dəstələrini ölkəmizin ərazisindən çıxartmaqdır. Amma hələ ki, bunun şahidi olmuruq. Əksinə, onun şahidi oluruq ki, Ermənistandan onların nəzarət etdiyi ərazilərə qanunsuz silah-sursat daşınır. Halbuki biz üçtərəfli Bəyanata uyğun olaraq Ermənistanla Azərbaycan arasındakı  keçiddə təhlükəsizliyi təmin etməyi rus sülhməramlılarına etibar etmişik və həmin sənəddə buradan yalnız humanitar məqsədlər üçün istifadə edilməsi nəzərdə tutulub.

Bu gün Ermənistan və onun havadarları dünya ictimaiyyətini çaşdırmaq üçün yolu bağladığımız barədə yalan təbliğat aparırlar. Guya Azərbaycan tərəfi Laçın yolunu bağlayıb, Xankəndi ermənilərini humanitar sədəqələrdən məhrum edib. Ancaq yolu bağlayan biz deyilik, Rusiya sülhməramlılarıdır. Niyəsini özləri bilirlər. Azərbaycan isə təbii sərvətlərinin oğurlanmasına etiraz edir, özüdinc yolla. Bu arqument o qədər güclüdür ki, heç bir dövlət və ya beynəlxalq təşkilat ona etiraz edə bilməz. Erməniləri qıcıqlandıran da budur. Onlar əvvəllər əldə etdiyi dəstəyi indi görmürlər. Səbəbini özləri də anlayırlar. Lakin erməni xisləti onları rahat buraxmır, hər bir halda qaşınmayan yerdən qan çıxarmaq istəyirlər.

Əvvəllər elə təsəvvür yaratmağa çalışırdılar ki,  rus sülhməramlılarının nəzarət zonasında baş verənlər onların məsuliyyətsizliyidir. Rusiya Müdafiə Nazirliyinin son bəyanatı isə göstərdi ki, bu, belə deyil. Belə ki, RF Müdafiə Nazirliyinin bəyanatında yolu açmaq üçün tərəflərlə danışıqlar aparıldığı deyilir. Bu, dolayısı həm də o deməkdir ki, Laçın yolunun bağlanmasının günahı elə ermənilərin özündədir. Yoxsa Ruben Vardanyan birdən-birə Moskvadakı biznesindən, rahat həyatından imtina edib Xankəndiyə niyə gəlirdi ki?! Erməni hiyləsinə əl atıb əvvəlcə bəyan etdi ki, onun niyyəti burada yaşayan ermənilərə humanitar yardım göstərmək, onları düşdüyü depressiyadan xilas etməkdir. Sözsüz ki, ağlı başında olan, siyasətdən az-çox başı çıxan hər kəs bilirdi ki, bu, yalandır, xoruzun "quyruğ"u gec-tez görünəcək. Ruben Vardanyan Qarabağın "rəhbər"i olan Araik Arutunyanla görüşüb "dövlət naziri" olanda gizli mətləblər üzə çıxdı. Ən maraqlısı isə bu iki erməninin yayılan fotovideosudur. Araik Arutunyan "rəhbər" olsa da, Ruben Vardanyanın qarşısında dərsi bilməyən şagird kimi dayanır. Səbəb sadədir. Bu zavallı yaxşı bilir ki, qarşısında duran "arxalı köpək"dir.

Aksiya davam edir. Məqsədimiz aydın, tələbimiz ədalətlidir - erməni separatçılarına milli sərvətimizi talamağa imkan verməyəcəyik.

 

Rüstəm KAMAL,

Azərbaycan.-2022.- 16 dekabr.- S.6.