"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 627-VIQD nömrəli Qanununun tətbiqi və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 627-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinin birinci cümləsində və 26.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun  6.2-ci maddəsinin birinci cümləsində və 26.4-cü maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Prezidenti  nəzərdə tutulur.

2. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 3, maddə 228; 2009, ¹ 11, maddə 883; 2013, ¹ 6, maddə 631; 2016, ¹ 9, maddə 1467; 2017, ¹ 5, maddə 756; 2018, ¹ 2, maddə 185, ¹ 12 (I kitab), maddə 2580; 2019, ¹ 2, maddə 231, ¹ 4, maddə 653, ¹ 7, maddə 1220, ¹ 8, maddə 1390; 2021, ¹ 7, maddə 740, ¹ 8, maddə 910; 2022, ¹ 6, maddə 610) aşağıdakı dəyişikliklər edilsin:

2.1.  2.1-ci bəndə "1.0.18-ci" sözlərindən sonra "maddələrində, 6.2-ci maddəsinin birinci cümləsində" sözləri əlavə edilsin və həmin bənddə "20.11.1-ci maddələrində, 26.3-cü maddəsinin ikinci cümləsində" sözləri "20.11-1-ci, 26.4-cü maddələrində" sözləri ilə əvəz edilsin;

2.2. 2.1-1-ci bənddə "20.11.1-ci maddəsində" sözləri "6.2-ci maddəsinin birinci cümləsində, 20.11-1-ci və 26.4-cü maddələrində" sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan  Respublikasının 2022-ci il 5 noyabr tarixli 627-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

4. Bu Fərman 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.

       

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 dekabr  2022-ci il

Azərbaycan.-2022.- 16 dekabr.- S.2.