Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli
724 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası
dövlət büdcəsinin vəsaiti hesabına
saxlanılan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi
Xidmətinin hərbi qulluqçularının və Azərbaycan
Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin
sisteminə işə götürülən işçilərin
ştat sayının həddi"ndə
dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 1, maddə 46; 2018, ¹ 7 (I kitab), maddə 1492; 2019, ¹ 3, maddə 414, ¹ 7, maddə 1247, ¹ 10, maddələr 1580, 1592; 2020, ¹ 2, maddə 109, ¹ 5, maddə 556, ¹ 6, maddə 700; 2021, ¹ 3, maddə 229; 2022, ¹ 1, maddə 24, ¹ 3, maddə 223; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 27 oktyabr tarixli 1868 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin sisteminə işə götürülən işçilərin ştat sayının həddi"ndə dəyişikliklər təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
15 dekabr 2022-ci il
Azərbaycan.-2022.- 16 dekabr.- S.2.