Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli
Fərmanı ilə təsdiq edilmiş
"İnzibati xətalar haqqında
işlərə baxmağa səlahiyyəti
olan vəzifəli şəxslərin
Siyahısı"nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 2, maddə 200, ¹ 6, maddə 1105, ¹ 9, maddə 1638, ¹ 11, maddə 1984; 2018, ¹ 2, maddə 199, ¹ 3, maddələr 415, 419, 429, ¹ 5, maddələr 915, 927, ¹ 7 (I kitab), maddə 1481, ¹ 8, maddə 1698, ¹ 11, maddələr 2242, 2289, ¹ 12 (I kitab), maddələr 2566, 2597; 2019, ¹ 1, maddə 82, ¹ 2, maddə 213, ¹ 3, maddə 426, ¹ 4, maddələr 620, 630, 649, ¹ 5, maddələr 819, 862; 2020, ¹ 3, maddələr 238, 240, ¹ 4, maddə 404, ¹ 7, maddələr 864, 885, ¹ 8, maddə 1041, ¹ 9, maddə 1153; 2021, ¹ 6 (I kitab), maddə 566, ¹ 7, maddələr 724, 728, ¹ 12, maddələr 1407, 1423; 2022, ¹ 4, maddələr 313, 323, ¹ 8, maddə 896; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 27 oktyabr tarixli 1869 nömrəli, 28 noyabr tarixli 1890 və 1892 nömrəli fərmanları) ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda aşağıdakı dəyişikliklər edilsin:
1. 1.11-ci bəndə ikinci halda "müavinləri" sözündən sonra "(bu Siyahıda nəzərdə tutulan publik hüquqi şəxslər istisna olmaqla)" sözləri əlavə edilsin.
2. 19.0-cı bəndə "İdarəsinin rəisi" sözlərindən sonra ", tabeliyindəki "Avtomobil Yollarının Mühafizə Xidməti" publik hüquqi şəxsin direktoru, onun müavinləri, şöbə rəisləri, onların müavinləri, bölgə və bölmə rəisləri" sözləri əlavə edilsin.
3. 19-cu hissə (ikinci halda) və 19.1-ci bənd müvafiq olaraq 20-ci hissə və 20.1-ci bənd hesab edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
15 dekabr 2022-ci il
Azərbaycan.-2022.- 16 dekabr.- S.3.