Baş nazir Əli Əsədov Tbilisidə Ümummilli Liderin abidəsini ziyarət edib

 

 

Dekabrın 15-də Gürcüstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Tbilisidəki Heydər Əliyev parkında Ümummilli Liderin abidəsini ziyarət edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş nazir və Azərbaycan Respublikasının rəsmi nümayəndə heyətinin üzvləri Ulu Öndərin xatirəsini dərin ehtiramla yad ediblər, abidəsi önünə əklil qoyublar.

 

Azərbaycan.-2022.- 16 dekabr.- S.3.