AŞPA-nın komitə iclasında erməni deputatın təxribatının qarşısı alınıb

 

Parisdə AŞPA-nın Siyasi məsələlər və demokratiya komitəsinin iclası keçirilib. AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovüzvü Asim Mollazadə iştirak ediblər.

Komitə iclasının gündəliyində bir sıra məsələlər müzakirə edilərək qərarlar qəbul olunub.

İclas zamanı Ermənistan nümayəndə heyətinin rəhbəri R.Rubenyan adəti üzrə böhtan xarakterli çıxışını unutmayıb. Erməni deputatın son günlər Şuşa-Laçın yolunda baş verən hadisələr haqqında reallığı əks etdirməyən, böhtan xarakterli çıxışının qarşısı alınıb. Azərbaycanlı deputatlar - Səməd SeyidovAsim Mollazadə çıxış edərək, beynəlxalq səviyyədə tanınan Azərbaycan ərazisində Ermənistan tərəfinin təxribatlar törətməkdə davam etdiyini bildiriblər. Azərbaycanlı deputatlar vurğulayıblar ki, Ermənistan Laçın-Xankəndi yolundan hərbi məqsədlər, minaların və talan olunan təbii sərvətlərin daşınması məqsədilə istifadə edirbunun qarşısının alınması vacibdir. Həmçinin Azərbaycan ərazilərində gizli ekoloji qazıntılar aparılır və ətraf mühitin çirkləndirilməsi davam edir. Ermənistanın Azərbaycan ərazilərində apardığı qeyri-qanuni iqtisadi fəaliyyət beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozur. Ermənistan qarşılıqlı razılaşmaya riayət etmirmonitorinq aparılmasına qəsdən mane olur.

Azərbaycanlı deputatlar Rusiya sülhməramlılarının Azərbaycanın qeyri-hökumət təşkilatlarının üzvlərinə, könüllülərə və jurnalistlərə qarşı kobud rəftar etdiyini vurğulayıblar.

 

Azərbaycan.- 2022.- 14 dekabr.- S.7.