Yaponiya portalı Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı məlumatlar yayıb

 

Yaponiyanın “ajmedia.jp” portalı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə bağlı məlumatlar yayıb.

AZƏRTAC xəbər verir ki, yaponingilis dilində yayılan məlumatlarda Ulu Öndər Heydər Əliyevin zəngin həyatı və çoxşaxəli fəaliyyəti barədə yapon oxuculara ətraflı məlumat verilib.

Bildirilib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqına və dövlətinə əvəzedilməz xidmətlər göstərib. Xalqımızı məhv olmaq təhlükəsindən qurtaran Ulu Öndərin müəyyən etdiyi strateji inkişaf xətti sayəsində Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib. Dərindən düşünülmüş iqtisadi inkişaf xətti Azərbaycanı qüdrətli dövlətə çevirməklə bərabər, həm də onun böyük nüfuz qazanmasına səbəb olub. Bu gün öz müstəqil xarici siyasət xəttinə malik olan Azərbaycan dünya dövlətləri ilə bərabər səviyyəli ikitərəfli münasibətlər qurmaqla yanaşı, həm də çoxtərəfli əlaqələr fonunda regionunun geosiyasi təhlükəsizliyinə fundamental töhfələr verir.

Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası nəticəsində müstəqil Azərbaycan dövləti tarixən çox qısa zaman kəsiyində beynəlxalq münasibətlər sistemində layiqli yer qazana bilib. Həm ikitərəfli münasibətlərdə, həm də beynəlxalq təşkilatlar çərçivəsində böyük nüfuz qazanıb.

Bildirilib ki, bu gün Azərbaycan Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar qazanmaqda davam edir.

Məlumatlarda dekabrın 12-də Ulu Öndərin məzarının həm ailə üzvləri, həm də geniş xalq kütlələri tərəfindən ziyarət edildiyi, onun ruhuna dualar oxunduğu da əksini tapıb.

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2023-cü ilin “Heydər Əliyev İlielan olunduğubununla bağlı həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda Ulu Öndərin anadan olmasının 100 illiyi ilə bağlı çoxsaylı tədbirlər keçiriləcəyi qeyd edilib.

 

Azərbaycan.- 2022.-14 dekabr.- S.9.