Bəhreynin Kralı Əlahəzrət Şeyx
Həməd bin İsa
Al Xəlifəyə
Əlahəzrət,
Bəhreyn Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı yetirirəm.
İnanıram ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Bəhreyn xalqına daim əmin-amanlıq və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 dekabr
2022-ci il
Azərbaycan.- 2022.-17 dekabr.-
S.2.