“ASAN
xidmət”in 10 illiyinə
həsr olunan forum
Dekabrın 15-də Gülüstan sarayında Azərbaycan Respublikasının Prezidenti
yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı
ilə “Müasir idarəetməyə gedən
yol: dayanıqlı və innovativ dövlət xidmətlərinə
doğru” mövzusunda
Beynəlxalq Forum keçirilir.
“ASAN xidmət”in 10 illiyinə
həsr olunmuş forumun məqsədi dövlət xidmətlərinin
göstərilməsi sahəsində
Azərbaycanın qabaqcıl
təcrübəsinə əsaslanaraq,
bu sahədəki yeniliklərə töhfə
vermək, eləcə
də dövlət xidmətləri sahəsində
yeni texnologiyaların tətbiqi ilə əlaqədar müzakirələr
aparmaqdır.
Forumda müxtəlif
ölkələrdən, beynəlxalq
təşkilatlardan və
platformalardan, eləcə
də innovasiyalar üzrə nüfuzlu şirkətlərdən ümumilikdə
50-yə yaxın xarici
qonaq iştirak edir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə
Dövlət Himni səsləndirilib, “ASAN xidmət”in
10 illiyinə həsr olunmuş videotəqdimat nümayiş etdirilib.
Sonra Azərbaycan Respublikası
Prezidentinin köməkçisi,
Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasının
Hüquq-mühafizə orqanları
ilə iş şöbəsinin müdiri
Fuad Ələsgərov
Prezident İlham Əliyevin forum iştirakçılarına
məktubunu oxuyub.
Birləşmiş Millətlər Təşkilatının
Baş katibinin iqtisadi və sosial məsələlər
üzrə müavini
Li Junhuanın, Birləşmiş
Millətlər Təşkilatının
Baş katibinin köməkçisi, BMT-nin
Təlim və Tədqiqatlar İnstitutunun
(UNITAR) icraçı direktoru
Nixil Setin videomüraciətləri yayımlanıb.
Azərbaycan Respublikasının Prezidenti
yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib ki, Prezident
İlham Əliyevin çoxşaxəli islahatlarından
biri də dövlət xidmətlərinin
şəffaf, operativ və əlçatan təşkili ilə bağlı müəllifi
olduğu “ASAN xidmət”
konsepsiyasıdır. “ASAN xidmət”
dövlət idarəetmə
sistemində korrupsiyaya
qarşı mübarizədə
və müasir texnologiyaların, innovasiyaların
dövlət xidmətlərinə
tətbiqi ilə vətəndaşların hüquqlarının
təmin edilməsində
institusional bir islahat olmaqla, qısa zamanda həm vətəndaşların
məmnunluğunu qazanıb,
həm də beynəlxalq müstəvidə
ciddi maraq yaratmaqla Azərbaycanın
brendi, milli innovativ məhsulu adını qazanıb.
Sonra
“UCLG - Afrika - ASAN - Yerli
Afrika Dövlət Xidməti Mükafatı”nın təqdimatı
baş tutub. Qaliblər dövlət xidmətlərində
səmərəliliyin və
innovasiyaların tətbiqinə
görə fərqlənən
Ruanda Respublikasının paytaxtı
Kiqali şəhəri
və Mərakeş Krallığının Berkan
şəhəri olub.
Beləliklə,
“ASAN xidmət” dövlət xidmətləri ilə
bağlı beynəlxalq mükafat verən qurum kimi
çıxış edir. “UCLG Afrika – ASAN –Yerli Afrika Dövlət Xidməti Mükafatı” Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyi və
“UCLG Afrika” Təşkilatının təşəbbüsü,
eləcə də Mərakeş Merlər
Assosiasiyasının tərəfdaşlığı ilə
təsis olunub. Mükafatın
məqsədi Afrika qitəsinin Yerli və Regional Hökumətləri
tərəfindən yerli idarəetmə və
ictimai xidmətlərin göstərilməsi
zamanı ortaya çıxan çətinliklərin
azaldılmasına və ya aradan qaldırılmasına yönəlmiş
yeni həllərin, innovasiyaların, uğurlu təcrübələrin və
təşəbbüslərin beynəlxalq səviyyədə
tanıdılması və
mükafatlandırılmasıdır. Mükafatın qalibləri
Dövlət Agentliyinin dövlət xidmətlərinin
göstərilməsi, sosial innovasiyalar sahəsindəki təcrübəsi
ilə tanış olmaq imkanı əldə
edəcəklər. Bununla da
ölkəmizin “ASAN xidmət” təcrübəsi ilə
yanaşı, müvafiq istiqamətlər
üzrə qabaqcıl həlləri Afrika
qitəsi ölkələrində geniş
formada öyrəniləcək və təbliğ
olunacaq.
Azərbaycan.-2022.- 16 dekabr.- S.5.