Ekoloji terrora son qoyulmalıdır

 

 

Dünyanın ən hiyləgər milləti olan ermənilər öz çirkin məqsədlərinə çatmaları üçün bütün iyrənc vasitələrdən istifadə etməyi özlərinə vasitə seçiblər. Yazıq, məzlum cildinə girib özgənin hesabına yaşamaq bunların həyat tərzidir.

Vaxtilə işğal edib xarabazarlığa çevirdikləri ərazilərimizdə yeraltı və yerüstü sərvətlərimizi talan edərək, xarici şirkətlərlə əlbir olub qızıl yataqlarımızı müştərək şəkildə qanunsuz istismar etmələri haqqında kifayət qədər əsaslı faktlar mövcuddur. Müharibədə ağır məğlubiyyətə uğrayaraq yoxsulluq girdabına düşüb çabalayan  Ermənistanın havadarları ilə birlikdə Qarabağda talançılıqla məşğul olması, "Dəmirli" və " Qızılbulaq" yataqlarında qanunsuz qazıntılar aparması, torpaqlarımızda ekoloji terrorla məşğul olması haqqında yenə də ciddi məlumatlar var. Xəbərlərin dəqiqliyini öyrənmək, Azərbaycan ərazilərində faydalı qazıntıların qanunsuz istismarı və bundan əmələ gələn ekoloji fəsadların araşdırılması məqsədilə Azərbaycan Respbulikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri Rusiya sülhməramlı qüvvələrinin komandanı, general-mayor Andrey Volkova müraciət edərək onların müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan ərazilərində monitorinq aparmaları üçün şərait yaratmasını xahiş etmişlər. General Volkov ekoloqlarla  görüşüb "Dəmirli" və "Qızılbulaq" yataqlarında monitorinq aparmaları üçün onlara şərait yaradacağına söz versə də,  çox təəssüf ki, "komandan" verdiyi sözünü tuta bilmədi və ya tutmaq istəmədi. Səbəb separatçıların "yeni lideri" milyarder Ruben Vardanyanın  ac-yalavac yaşayan ermənilərə cibinin ağzını açıb həmin yataqların girişində  "yerli ermənilərin" nümayişini təşkil etməsi oldu .

Məsələ burasındadır ki, Qarabağa sülhməramlı kimi gəlib, hər gün ermənilərlə  kef məclisləri quran rus əsgərlərinin "məhrəm" münasibətləri, özlərini ermənilərin " ortağı" kimi göstərmələri xalqımızı haqlı olaraq çox ciddi narahat edir. Xüsusilə 2020-ci ildə düşmən üzərində qazanılan qələbədən sonra torpaqlarımıza  yeni  minaların basdırılması, erməni diversiya qruplarının ərazilərimizə "sızması" da şübhələri artırır. Sülhməramlıların gözü qarşısında mədənlərimizin, təbii sərvətlərimizin talan olunaraq onların "mühafizə" etdiyi yolla  Ermənistana daşınması qətiyyən yolverilməzdir. Ermənistan və Azərbaycan vətəndaşı olmayan, separatçılıqla, araqarışdırmaqla məşğul olan Ruben Vardanyanın deportasiya olunmaq əvəzinə əzizlənməsi qəbul edilməli məsələ deyil. Bu günə kimi sülhməramlılar tərəfindən Qarabağa, Xankəndiyə  Ermənistandan silah-sursat daşıyan, ara qızışdırıb, erməniləri yenidən müharibəyə həvəsləndirən revanşistlərin geri qaytarılmaması təəccüb doğurur. Axı bu, onların missiyasına daxildir. Azərbaycanın ermənilərə humanitar məqsədlə verdyi yoldan müharibə məqsədləri üçün istifadə olunması cinayətdir. Biz bu torpaqları ermənilərin murdar ayaqlarından təmizləmək üçün minlərlə şəhid verib Qarabağı qanımızla suvarmışıq. Bundan sonra Qarabağda kimlərinsə nazı ilə oynamaq niyyətimiz yoxdur. Bu torpağın öz sahibi var.

Bu gün Qarabağda, Xankəndidə baş verən özbaşınalıqlar vətəndaşlarımızın haqlı narazılığına səbəb olmuşdur. Vətəndaş cəmiyyətinin, QHT-lərin yüzlərlə üzvü, gənc fəallar, jurnalistlər neçə gündür ki, qarlı-şaxtalı havada Qarabağa yollanaraq Xankəndiyə gedən yolun üstündə fasiləsiz olaraq dinc etiraz aksiyası keçirirlər. Aksiyanın fəal iştirakçılarından Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı bizimlə telefon əlaqəsi yaradaraq dedi:

- Artıq neçə gündür ki, Laçın yolunun üstündə etiraz aksiyası keçiririk. Havanın soyuq olmasına baxmayaraq, gecəni səhərə kimi yatmamışıq. Çadırlar qursaq da, bir nəfər də olsun aksiya iştirakçısı gecəni çadırda keçirməyib. Aksiyamız dinc xarakterlidir. Torpaqlarımızda ekoloji terror edənlərə qarşıdır. Ekoloji terrora "yox" deyirik. Aksiya iştirakçıları gecəni səhərədək vətənpərvərlik mahnıları səsləndiriblər. Tələbimiz də çox sadədir: rus sülhməramlılarından ekoloji ekspertlərin monitorinq aparmaları üçün "Dəmirli" və "Qızılbulaq" yataqlarına getmələrinə şərait yaradılmasını istəyirik. Təəssüf ki, sülhməramlıların komandanı Andrey Volkov bizimlə görüşdən hələ ki, yayınır. Lakin onun müavinləri ilə görüşüb tələblərimizi yazılı şəkildə təqdim etmişik.

Xatırlatmaq istəyirəm ki, biz dinc ermənilərin, mülki vətəndaşların, təcili yardım maşınlarının hərəkəti üçün heç bir maneçilik törətmirik. Biz torpaqlarımıza qanunsuz silah daşıyan, yenidən qan tökülməsinə vəsilə olan, yoxsulluq içində yaşayan ermənilərə pul paylayıb separatçılıq məqsədləri üçün istifadə edən Ruben Vardanyanlara və digər araqarışdıranlara "yox" deyirik. Hər gün Qarabağa Laçın yolu ilə separatçıların sərbəst  gəlişi bizi narahat edir. Biz  revanşist qüvvələrin Qarabağa ayaq açmasına "yox" deyirik.  Tələblərimiz yerinə yetirilənə kimi aksiyamız davam edəcək.

44 günlük müharibədən sonra məğlub olub özlərini yazıq göstərən ermənilər heç də belə deyil, öz əvvəlki amplualarındadırlar. Bu millətin təfəkkür tərzi dəyişmir. Torpaqlarımızda oturub silahlanır, yeni planlar qurur, yeni kələklər edirlər. Bunlarla özlərinin başa düşdüyü dildə danışmaq lazımdır.

 

Elşən QƏNİYEV,

Azərbaycan.-2022.- 16 dekabr.- S.6.