Ombudsman Kəlbəcərdə
mina partlayışı ilə
bağlı beynəlxalq ictimaiyyətə müraciət edib
Azərbaycan
İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə
Əliyeva Kəlbəcər rayonunda baş verən mina
partlayışı ilə bağlı beynəlxalq ictimaiyyətə
müraciət edib.
AZƏRTAC
Ombudsman Aparatının Mətbuat xidmətinə istinadla
müraciəti təqdim edir.
"Azərbaycanın işğaldan azad edilmiş Kəlbəcər
rayonunda piyada əleyhinə minanın partlaması nəticəsində
4-ü mülki şəxs,
4-ü hərbçi olmaqla,
ümumilikdə 8 nəfər
Ermənistanın mina terrorunun
növbəti qurbanlarına
çevrilib. Belə ki, təmir
işləri ilə məşğul olan mülki şəxslər
minaya düşdükdən
sonra onların təxliyəsi məqsədilə
əraziyə gələn
hərbçilər də
minaya düşüb
və onlardan biri aldığı xəsarətlərdən həlak
olub.
30 ilə yaxın işğal müddətində
Azərbaycan ərazilərində
basdırılan minaların
xəritələri haqqında
dəqiq məlumatın
verilməməsi, münaqişə
bitdikdən sonra təxribatların davam etdirilməsi, işğaldan
azad edilmiş ərazilərin yenidən
minalarla çirkləndirilməsi
və nəticədə
mülki şəxslərin
və hərbçilərin
həyatına qəsd
edən, onların əlilliyinə səbəb
olan bu kimi
cinayətkar əməlləri
törətmiş Ermənistanın
hərbi-siyasi rəhbərliyinin
məsuliyyətə cəlb
olunmasını tələb
edir, beynəlxalq ictimaiyyəti bu məsələdə qətiyyətli
mövqe nümayiş
etdirməyə çağırırıq".
Azərbaycan.-2022.-
16 dekabr.- S.7.