Aksiya iştirakçısı: “Otuz ildir Azərbaycanın
sərvətləri talan olunur”
Artıq altı gündür aksiyamız davam edir. Hər kəs həvəslə, coşqu ilə Azərbaycanın mənafeyinə uyğun şüarlar səsləndirir. Aksiyaya qatıla bilməyən şəxslərin də ürəyi buradadır. Könüllü şəxslər Vətən uğrunda xidməti olsun deyə aksiyada iştirak edirlər.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü Arzu Əliyeva söyləyib.
O qeyd edib ki, aksiya
iştirakçılarının məramı sülhdür: “Bundan əlavə,
tələblərimizə cavab verilənədək
buradayıq. Çünki bu
dəhlizlə 30 ildir Azərbaycanın sərvətləri
talan olunur. Ona görə də bizim
tələblərimiz tam haqlıdır. Aksiya iştirakçıları təbii sərvətlərimizi
qorumaq üçün
gecə-gündüz Laçın-Xankəndi yolundadır.
Havanın dəyişkən olmasına baxmayaraq,
bizim məqsədimiz dəyişmir. Biz ekoloji terrora
yox demək üçün
bura toplaşmışıq”.
Azərbaycan.-
2022.- 18 dekabr.- S.6.