Tələbə: Aksiya iştirakçılarının tələbi yerinə yetiriləcək

 

Mən davamlı olaraq dörd gündür ki, aksiyada iştirak edirəm. Biz burada ekoloji terrora son qoyulması üçün şüarlar səsləndiririk. İstərdik ki, söylədiyimiz şüarlar ictimailəşdirilsin.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Bakı Dövlət Universitetinin (BDU) tələbəsi Toğrul Məcidov söyləyib.

BDU tələbəsi qeyd edib ki, Azərbaycanın sosial şəbəkə istifadəçiləri ekoloji terrora son qoyulması ilə bağlı həştəqlər yazaraq bu aksiyanı daha çox ictimailəşdirməlidirlər. Bu da aksiyaya dəstək üçün çox önəmlidir.

Toğrul Məcidov aksiyanın nəticəsiz qalmayacağını, iştirakçılarının tələblərinin yerinə yetiriləcəyini vurğulayıb.

 

Azərbaycan.- 2022.- 18 dekabr.- S.6.