Gənc fəal: Aksiya iştirakçılarının beynəlxalq hüquqa zidd heç bir tələbi yoxdur

 

Laçın-Xankəndi yolunda dinc aksiya davam edir. Aksiyada iştirak edənlər ölkəmizin faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması tələblərini dəfələrlə təkrarlayırlar.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində gənc fəal Fuad Heydər söyləyib.

Gənc fəal qeyd edib ki, aksiya iştirakçıları tələblərində qətidirlər. Onlar Azərbaycan ərazisində təbii sərvətlərimizin qanunsuz istismarının dayandırılmasına son qoyulanadək aksiyanı davam etdirəcəklər.

Burada iştirak edən hər bir şəxs yalnız qanunsuzluqlara qarşı çıxır. Dinc aksiya iştirakçılarının beynəlxalq hüquqa zidd heç bir tələbi yoxdur”, - deyə o bildirib.

 

Azərbaycan.- 2022.- 18 dekabr.- S.7.