Aksiya iştirakçısı: “Yaxşı
olar ki, sülhməramlılar
bitərəf missiya
daşıyıcısı olduğunu
unutmasınlar”
Altı gündür ki, Laçın dəhlizində tanınmış ictimaiyyət nümayəndələrini, QHT sədrlərinin və könüllülərinin iştirak etdiyi etiraz aksiyası davam edir. “Milli Fikir və İnkişaf Mərkəzi” İctimai Birliyinin də üzvləri aksiyalara qatılıblar. Mən həm media nümayəndəsi, həm də QHT təmsilçisi olaraq aksiyalarda iştirak etdim, müşahidələrimi apardım. Olduqca sivil aksiyadır və ermənilərin yaydığı saxta xəbərlərin əksinə olaraq Xankəndiyə gedən hər hansı təcili yardım maşınının geri qaytarılması kimi hal baş verməyib.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində “Milli Fikir və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Anar Turan bildirib.
QHT sədri qeyd edib ki, aksiya iştirakçıları Rusiya sülhməramlılarından beynəlxalq hüquq baxımından qanuni torpaqlarımız olan Qarabağın dağlıq ərazilərində ətraf mühitin monitorinqi üçün ekoloqlarımıza şərait yaradılmasını tələb edirlər: “Rusiya sülhməramlı kontingentinin komandanı, general-mayor Andrey Volkov aksiyaların keçirildiyi əraziyə gəlib cəmiyyətimizi narahat edən haqlı suallara cavab verməlidir. Aksiyalar tələblər yerinə yetirilənədək səngiməməlidir. Biz tələblərimizdə israrlıyıq. Qarşı tərəf anlamalıdır ki, zarafat etmirik, tələblərimiz də kifayət qədər ciddidir. Əgər onlar etirazlarımıza məhəl qoymasalar, biz axıradək davam edəcəyik. Sülhməramlılar da yaxşı olar ki, birtərəfli deyil, bitərəf missiya daşıyıcısı olduğunu unutmasınlar”.
Qeyd edək
ki, Azərbaycanın qeyri-hökumət təşkilatlarının
nümayəndələri Rusiya sülhməramlılarının
Şuşa şəhəri
yaxınlığındakı postu
yanında etiraz aksiyası keçirirlər.
Onlar azərbaycanlı mütəxəssislərin
Azərbaycan yataqlarının qanunsuz
istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə
buraxılmamasına etiraz edirlər.
Azərbaycan.-
2022.- 18 dekabr.- S.7.