Yeni könüllü qrupları
aksiyaçılara dəstək üçün
Laçın-Xankəndi yoluna gəliblər
Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəalların Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası artıq altı gündür davam edir.
AZƏRTAC-ın müxbiri hadisə yerindən xəbər verir ki, dekabrın 17-də
yeni könüllü
qrupları dinc aksiyaya
dəstək vermək üçün
Laçın-Xankəndi yoluna gəliblər.
Hava şəraitinin dəyişkən
olmasına baxmayaraq, aksiyaya
qoşulanların sayı getdikcə artmaqdadır. Yeni gələn
könüllülər də aksiya
iştirakçılarına qoşularaq
Azərbaycan ərazilərində faydalı qazıntı
yataqlarının qanunsuz istismarından irəli
gələn ekoloji fəlakət və digər
fəsadlar ilə bağlı ilkin monitorinqin aparılmalı olduğu
barədə şüarlar səsləndirirlər.
Azərbaycan.-
2022.- 18 dekabr.- S.7.