Əzmkarlığın və həmrəyliyin təcəssümü
Vətən cəmiyyəti fəalları və gənclər tərəfindən Şuşa-Laçın yolunda "Ekoloji terrora son!" şüarı ilə keçirilən etiraz aksiyası artıq bir həftədir davam edir.
Aksiya iştirakçıları Qarabağ iqtisadi rayonunda baş verən ekoloji terrorlara son qoyulmasını, ermənilər tərəfindən təbii sərvətlərimizin talanmasının dayandırılmasını tələb edirlər. Aksiyanın başlanmasının əsas səbəbi "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qeyri-qanuni istismarıdır.
Aksiya dinc xarakterlidir, heç bir gərginlik ehtiva etmir. Aktivistlər Qarabağda yaşayan
mülki ermənilərin
yaşayışını çətinləşdirən heç bir addım atmır, onlara lazımi humanitar dəstəyin göstərilməsinin qarşısını
almırlar.
Aksiyaya qatılanların
sayı gündən-günə
artır
Aksiya iştirakçısı,
Azərbaycan Mətbuat
Şurasının İdarə
Heyətinin üzvü
Hacıbəy Heydərli
bildirib ki, dekabrın 12-də başlayan
dinc aksiya bu gün də
eyni coşqu və əzmkarlıqla davam etdirilir: "Tələblər dəyişmir
- aksiyaçılar Azərbaycanın
əzəli torpaqlarında
ermənilər tərəfindən
törədilən ekoloji
terrorlara son verilməsini
və mütəxəssislərimizin
faydalı qazıntı
yataqlarında monitorinq
keçirməsinə lazımi
şəraitin yaradılmasını
tələb edirlər.
Ona görə də Rusiya sülhməramlılarının
komandanı Andrey Volkovun əraziyə gələrək ekoloji terrorlarla bağlı açıqlama verməsini
gözləyirik.
Aksiyaya qatılanların sayı gündən-günə artır. Burada iştirakçılar
üçün hər
cür şərait də yaradılıb.
Ərazidə tibb məntəqəsi
və media düşərgəsi
də salınıb.
İstənilən halda aktivistlər
soyuq havada belə gecə-gündüz
demədən haqlarını
tələb etməkdən
çəkinmirlər".
Haqlı tələblərimizdən
əl çəkməyəcəyik
Hacıbəy Heydərli
deyib ki, aksiyanın ilk günündən
başlayaraq burada xeyli diqqətçəkən
məqamların şahidi
olublar: "Dünyaya
sülh mesajı verir, haqlı tələblərimizi irəli
sürürük. Ermənilər isə hər zaman olduğu kimi, yenə də dezinformasiyalar yayırlar, Laçın yolunun guya azərbaycanlılar
tərəfindən bağlanıldığını
deyirlər. Belə iddialar
tamamilə əsassızdır.
Aktivistlər humanitar məqsədli
daşınmaların qarşısını
almır, məqsəd
ekoloji terrora son qoyməq, sərvətlərimizin
talanmasına mane olmaqdır.
Hətta
biz Xankəndidə yaşayanları
da aksiyaya dəvət edirik. Gəlin, bizimlə bərabər ekoloji terrora "yox" deyək! Çünki ekoterrorizm həm
də qlobal problemdir. Bu baxımdan
Şuşa-Laçın yolunda
keçirilən aksiya
da humanist, sülhpərvər
və qlobal aksiyadır".
Hava şəraiti də aksiya iştirakçılarını
qorxutmur. Belə ki, havanın
soyuq və yağıntılı olmasına
baxmayaraq aksiya ilk gündə olduğu kimi yüksək coşqu ilə davam edir. Hacıbəy Heydərlinin sözlərinə
görə, bu bir daha xalqımızın
əzmkarlığını və milli maraqlar
naminə hər zaman həmrəy olduğunu göstərir.
N.QARDAŞXANOVA
Azərbaycan.-
2022.- 18 dekabr.- S.7.