Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 215 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 215 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 7 (I kitab), maddə 1501, ¹ 11, maddə 2275; 2019, ¹ 6, maddə 1049; 2020, ¹ 2, maddə 96; 2022, ¹ 8, maddə 871) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsi"nin 4.3-cü bəndinin ikinci cümləsində "- Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini - İdarə Heyətinin sədrindən (bundan sonra - İdarə Heyətinin sədri)" sözləri "- İdarə Heyətinin sədrindən" sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 dekabr 2022-ci il

 

Azərbaycan.- 2022.- 20 dekabr.- S.1.