Azərbaycan Respublikasının 1995-ci il
10 yanvar tarixli 947
nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi qulluqçuların
dövlətə vurduqları ziyana
görə maddi məsuliyyəti
haqqında Əsasnamə"də dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci və 18-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının 1995-ci il 10 yanvar tarixli 947 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, ¹ 8, maddə 158; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 2, maddə 59; 2004, ¹ 3, maddə 133; 2011, ¹ 2, maddə 71, ¹ 7, maddə 582) ilə təsdiq edilmiş "Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci maddənin birinci hissəsi aşağıdakı
redaksiyada verilsin:
"Hərbi qulluqçular və toplanışa çağırılmış
hərbi vəzifəlilər
Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin
nizamnamələri ilə,
əmrlərlə və
digər aktlarla nəzərdə tutulan vəzifə borclarını
yerinə yetirərkən
dövlətə vurduqları
ziyana görə təqsirli olduqda bu Əsasnaməyə uyğun olaraq maddi məsuliyyət daşıyırlar.".
2. 2-ci maddənin birinci hissəsindən "həqiqi"
sözü çıxarılsın.
3.
3-cü maddə üzrə:
3.1. birinci hissəyə "intizam"
sözündən sonra
", inzibati" sözü
əlavə edilsin;
3.2. ikinci hissəyə "cinayət"
sözündən əvvəl
"inzibati və ya" sözləri əlavə edilsin.
4.
4-cü maddənin birinci
hissəsində "bütünlüklə
və yaxud qismən" sözləri
"birdəfəlik və
ya hissə-hissə"
sözləri ilə əvəz edilsin.
5.
6-cı maddə üzrə:
5.1.birinci hissədə
"əsgəri nizamnamələrlə"
sözləri "Azərbaycan
Respublikası Silahlı
Qüvvələrinin nizamnamələri
ilə" sözləri
ilə, "iki" sözü "üç"
sözü ilə əvəz edilsin və həmin hissəyə "aylıq
məbləğindən" sözlərindən əvvəl
"iki" sözü
əlavə edilsin;
5.2. ikinci hissə
ləğv edilsin.
6.
7-ci maddə üzrə:
6.1. birinci abzasda "ucundan" sözü "ilə"
sözü ilə əvəz edilsin;
6.2.ikinci və altıncı abzaslara "cinayət"
sözündən əvvəl
"inzibati və ya" sözləri əlavə edilsin;
6.3.üçüncü abzasda "dövlətin başqa şəkildə
aldadılması" sözləri
"başqa şəkildə
yalan məlumatların
təqdim edilməsi"
sözləri ilə əvəz edilsin.
7. 8-ci maddədə
", Sərhəd Qoşunlarının,
Azərbaycan Respublikasının
qanunvericiliyinə müvafiq
surətdə yaradılmış
digər qoşun birləşmələrinin" sözləri "və hərbi xidmət nəzərdə tutulmuş
digər dövlət
orqanlarının (dövlət
orqanlarının strukturuna
daxil olan qurumların)" sözləri
ilə əvəz edilsin.
8. 10-cu maddədə
"ucundan" sözü
"ilə" sözü
ilə, "dayanması
ilə" sözləri
"dayanması nəticəsində"
sözləri ilə əvəz edilsin və həmin maddəyə "aylıq
pul təminatlarından"
sözlərindən əvvəl
"iki" sözü
əlavə edilsin.
9.
13-cü maddənin dördüncü
hissəsinə "cinayətlə"
sözündən əvvəl
"inzibati xəta ilə və ya" sözləri əlavə edilsin.
10.
14-cü maddə üzrə:
10.1. birinci hissənin birinci cümləsində "inzibati
təhqiqat" sözləri
"xidməti araşdırma"
sözləri ilə,
ikinci cümləsində
"Təhqiqat" sözü
"Araşdırma" sözü
ilə əvəz edilsin;
10.2. ikinci hissədə
"inzibati təhqiqat"
sözləri "xidməti
araşdırma" sözləri
ilə əvəz edilsin;
10.3. üçüncü
hissədə "Təhqiqat
zamanı" sözləri
"Araşdırma zamanı
inzibati xəta və ya" sözləri ilə,
"cinayət-prosessual qanunvericiliyində"
sözləri "müvafiq
olaraq Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsində
və ya Azərbaycan Respublikasının
Cinayət-Prosessual Məcəlləsində"
sözləri ilə əvəz edilsin.
11. 15-ci maddədə
"inzibati təhqiqatın"
sözləri "xidməti
araşdırmanın" sözləri
ilə əvəz edilsin.
12. Aşağıdakı
məzmunda 19-1-ci maddə
əlavə edilsin:
"19-1. Bu Əsasnaməyə
uyğun olaraq dövlətə maddi ziyan vurmuş hərbi qulluqçunun xidmət keçdiyi orqan (hərbi hissə) dəyişdiyi halda onun barəsində
tərtib olunmuş müvafiq sənədlər
maddi məsuliyyət məsələsinin həll
edilməsi üçün
yeni xidmət yerinə (hərbi hissəyə) göndərilir.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
29 noyabr 2022-ci il
Azərbaycan.- 2022.- 21 dekabr.- S.2.