Laçın-Xankəndi yolunda Rusiya sülhməramlılarının mövqeyində hansı dəyişikliklər olub

 

Laçın-Xankəndi yolunda azərbaycanlı fəalların dinc etiraz aksiyası keçirdikləri əraziyə cəlb olunmuş Rusiya sülhməramlılarının mövqeyində dünəndən başlayaraq müəyyən dəyişikliklər müşahidə edilməkdədir. Lakin etirazçılar bundan istifadə edərək irəli getmək fikrindən uzaqdırlar.

AZƏRTAC-ın müxbiri hadisə yerindən xəbər verir ki, bu, aksiyanın dinc xarakterli olduğunu bir daha göstərir. Çünki aksiyaçıların məqsədi sülhməramlılarla qarşıdurmaya getmək yox, Azərbaycanın suveren ərazisindəki yataqlarda monitorinqin aparılması üçün şəraitin yaradılmasına nail olmaqdır. Etiraz aksiyasının iştirakçıları təbii sərvətlərimizin talanmasının, ərazilərimizin ekoloji çirkləndirilməsinin dayandırılmasını tələb edirlər.

 

Azərbaycan.- 2022.- 21 dekabr.- S.6.