Tələbə: “Biz
burada aksiya vasitəsilə
birliyimizi nümayiş
etdiririk”
Aksiyamız doqquz gündür ki, davam edir. Hər gün buraya gələnlərin sayı da artmaqdadır. Biz burada aksiya vasitəsilə birliyimizi nümayiş etdiririk. Ermənistan bilsin ki, Azərbaycan xalqı öz sərvətlərinə sahib çıxır.
Bu fikriləri AZƏRTAC-a müsahibəsində Qərbi Kaspi universitetinin tələbəsi Firuzə Şükürova söyləyib.
O qeyd edib ki, aksiyada iştirak edən tələbələr olaraq dövlətimizin mənafeyini qorumaq hamımızın borcudur.
"İnanırıq ki, aksiyamız faydalı nəticələnəcək.
Yaxın vaxtlarda da vətəndaşlarımızın
bu ərazilərə
köçürülməsinə ümid
edirik",- deyə Firuzə Şükürova vurğulayıb.
Azərbaycan.-
2022.-21 dekabr.- S.6.