Ayaz Mirzəyev: “Tələblər
yerinə yetirilənə qədər bu
haqlı etirazlar davam
edəcək”
Aksiya iştirakçılarının tələbləri yerinə yetirilənə qədər bu haqlı etirazlar davam edəcək. Burada iştirak edən hər kəsin məqsədi və məramı aydındır. Tələb edirik ki, Xankəndidə qızıl yataqlarının istismarına son qoyulsun. Eyni zamanda, həmin əraziyə Azərbaycanın müvafiq dövlət qurumlarının monitorinq qrupunun getməsinə şərait yaradılsın. Buna baxmayaraq, tam hüquqi olan tələblərimiz hələ də yerinə yetirilməyib. Bu səbəbdən də aksiya iştirakçıları sona qədər haqlı tələblərini səsləndirəcəklər.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Ayaz Mirzəyev söyləyib.
QHT sədrinin fikirlərinə
görə, bəzi erməniyönümlü saytlar
məlumat yayırlar ki, guya
Laçın- Xankəndi yolunda humanitar böhran
yaranıb, yol bağlanıb. Amma bu fikirlər
reallığı əks etdirmir. Çünki aksiya başlayan gündən etibarən humanitar məqsədlə bu
yoldan xeyli avtomobil maneəsiz şəkildə keçib. Belə ki, bu gün səhər
sülhməramlılardan birinin ailəsi bu yoldan sərbəst
şəkildə keçdi.
Azərbaycan.-
2022.-21 dekabr.- S.6.