Əhməd İsmayılov: “Laçın-Xankəndi
yolunun guya
bağlanması kimi xəbərlər
ölkəmizə qarşı dezinformasiya
kampaniyasının son nümunəsidir”
Astanada keçirilən və dünyanın müxtəlif ölkələrindən rəsmilər, media və biznes nümayəndələri, siyasi xadimlər, media azadlığı üzrə müdafiəçilər, beynəlxalq təşkilatların medianın inkişafı üzrə təmsilçiləri, həmçinin müasir dövrün qlobal problemləri üzrə alim və ekspertlər də daxil olmaqla 300-dən çox iştirakçının qatıldığı I Mərkəzi Asiya Media Forumunda Azərbaycan nümayəndə heyəti ilə təmsil olunur.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyindən (MEDİA) AZƏRTAC-a bildiriblər ki, Forumun “Vahid media platformasının formalaşdırılması perspektivləri” mövzusunda keçirilən panel sessiyasında çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü, MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov ölkələrimiz haqqında həqiqətlərin beynəlxalq media vasitəsilə dünya ictimaiyyətinə obyektiv və düzgün çatdırılması məqsədilə Azərbaycan və Türkiyənin birgə media platformasının yaradıldığını, həmçinin Özbəkistan və Qazaxıstanın analoji qurumları ilə Anlaşma memorandumlarının imzalandığını qeyd edib. Vurğulanıb ki, dövlətlərimizə və cəmiyyətlərimizə qarşı yönəlmiş dezinformasiya kampaniyalarına qarşı mübarizə kontekstində ölkələrimizin media qurumları arasında sıx əməkdaşlıq son dərəcə vacibdir.
Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın yolunun guya Azərbaycan tərəfindən bağlanması kimi xəbərlərin ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyasının son nümunəsi olduğu diqqətə çatdırılaraq bildirilib ki, reallıqda Azərbaycan vətəndaş cəmiyyətinin fəalları ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarına qarşı etiraz aksiyası keçirir və mülki nəqliyyat vasitələrinin keçməsi üçün hər cür şərait yaradırlar. Vurğulanıb ki, bu həqiqəti beynəlxalq auditoriyaya effektiv şəkildə çatdıra bilmək olduqca əhəmiyyətlidir və bunun üçün birlikdə çalışmalıyıq.
Qeyd edək ki,
Media Forumun əsas
müzakirə mövzuları “Yeni
medianın inkişafı”, “İnformasiya
təhlükəsizliyinin təmin edilməsi üçün
regional və qlobal əməkdaşlıq
imkanları”, “Media sahəsində süni intellekt
texnologiyaları”, “Mərkəzi Asiyada
yaradıcı sənayenin inkişafı”, “Vətəndaş
cəmiyyətinin və biznes əlaqələrinin
inkişafında medianın rolu”dur.
Azərbaycan.-
2022.- 22 dekabr.- S.4.