Beynəlxalq Bakı-Şuşa Forumunda
birgə Bəyanat qəbul olunub
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Beynəlxalq Bakı-Şuşa Forumu dekabrın 21-də işini Şuşada davam etdirib.
Forumun yekununda birgə Bəyanat qəbul olunub.
AZƏRTAC bəyanatı
təqdim edir.
Biz - 2022-ci il dekabrın 20-21-də Bakı
və Şuşa şəhərlərində keçirilmiş
Diaspor Məsələlərinə
məsul Dövlət
Qurumları Rəhbərlərinin
Beynəlxalq Bakı-Şuşa
Forumunun iştirakçıları
“Şuşa İli”ndə
dünya ictimaiyyətini
Azərbaycanın mədəniyyət
paytaxtında salamlamaqdan
qürur duyuruq.
Forumda iştirak edən dövlətlər öz diasporlarının sıx
birləşməsinə hər
zaman töhfə veriblər. Türk Dövlətləri Təşkilatı çərçivəsində
qəbul edilmiş Türk Diasporunun Birgə Fəaliyyət Strategiyasına uyğun olaraq keçirilən ikitərəfli, o cümlədən
çoxtərəfli görüşlər,
müxtəlif proqram və forumlar əlaqələrimizin daha
da genişlənməsinə
xidmət edib. Bu illər ərzində
ümumi maraqların qorunması məqsədilə
diaspor sahəsində
imkanlar birləşdirilib,
ümumi maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə
birlik və həmrəylik nümayiş
etdirilib.
Xüsusilə Türk
Dövlətləri Təşkilatına
üzv dövlətlərin
diasporlarının yaxınlaşması
və əməkdaşlığı
istiqamətində bir
sıra mühüm addımlar atılıb: bütün türk diasporları üçün
birgə fəaliyyət
strategiyasının müəyyənləşdirilməsi
ilə yanaşı, əksər üzv dövlətlərin diaspor
işlərinə cavabdeh
qurumları arasında
memorandumlar imzalanıb,
qurum rəhbərlərinin
qarşılıqlı səfərləri
və görüşləri
keçirilib, Bakıda
və Bursada üzv dövlətlərin
diaspor qurumları arasında təcrübə
mübadiləsi proqramları,
Berlin və Nyu-Yorkda türk diasporları üçün potensialın
gücləndirilməsi proqramları
həyata keçirilib.
Dünyanın müxtəlif
ölkələrindən diaspor
təşkilatları, iş adamları,
elm adamları və digərlərinin də iştirakı ilə Bakıda və Bursada Türk Diaspor Forumları keçirilib və illik birgə fəaliyyət planları
ilə türk diasporlarına istiqamət
vermək təcrübəsinin
əsası qoyulub.
Bu mənada
44 günlük müharibə
zamanı Türk dünyası tərəfindən
göstərilən informasiya
dəstəyi Azərbaycan
həqiqətlərinin dünyada
təbliği, Azərbaycana
qarşı yönəlmiş
təxribatların qarşısının
alınmasında böyük
rol oynayıb.
Azərbaycanın 44 günlük
müharibə Zəfərindən
sonra 2021-ci ilin iyun ayında Azərbaycanla Türkiyə
arasında imzalanmış
Şuşa Bəyannaməsi türk diasporlarının Birgə
Fəaliyyət Strategiyası
üçün yeni üfüqlər açıb.
Diasporlarımızın gələcək fəaliyyəti
ilə bağlı mühüm əhəmiyyət
kəsb edən proqram xarakterli sənəddə Türk Dövlətləri Təşkilatına
üzv olan digər dövlətlərin
də vahid diaspor hərəkatına
qoşulması, əməkdaşlığın,
həmrəyliyin inkişaf
etdirilməsi ciddi vəzifələrdən biri
kimi ortaya qoyulub. Türk dövlətlərinin
ortaq diaspor siyasətinin inkişafı
ilə bağlı həssaslığı Türk
Dövlətləri Təşkilatının
müvafiq olaraq 2021 və 2022-ci illərdə
İstanbul və Səmərqənd Zirvə
Görüşlərində qəbul edilmiş “Türk Dünyasına
Baxış-2040” və “Strategiya
2022-2026” sənədlərində də öz əksini tapmışdır.
Türk Dövlətləri
Təşkilatının IX Zirvə Görüşünün
Səmərqənd Bəyannaməsi
və burada qəbul edilmiş digər sənədlər
qarşıya qoyulan mühüm məqsədlərə
nail olmaq, xüsusilə
dünyada yaşayan türklərin milli hüquqlarının müdafiəsi
istiqamətində vahid
diaspor hərəkatı
çərçivəsində fəaliyyətimizi daha da sıx
birləşdirmək üçün
əlverişli şərait
yaradır.
Türk dövlətləri rəhbərlərinin
də vurğuladığı
kimi, Zirvə Görüşü bütün
türk dünyasını
narahat edən problemlərin həlli yollarının müzakirəsi
baxımından böyük
əhəmiyyət kəsb
edir. Belə ki, yaşadıqları
ölkədən asılı
olmayaraq, Türk Dünyası ölkələrində
yaşayan gənclərin
məktəblərdə ana
dilində təhsil almalarının zəruriliyi
ilə ifadə olunan problemi Türk Dövlətləri
Təşkilatının daim
gündəmində olmalıdır.
Təəssüf ki, bir çox türkdilli dövlətlərin hüdudlarından
kənarda yaşayan türkdilli xalqlar bu imkanlardan məhrum ediliblər.
Bəyan edirik ki, 200 milyonluq Türk Dünyası geniş bir coğrafiyanı əhatə edən böyük bir ailədir. Biz bu
ailənin üzvləri
olaraq türk dünyasının birliyi
məqsədinə sadiq
qalacaq, milli maraqlarımız naminə
bir-birimizə dəstək
olmağa, həmrəyliyimizi
gücləndirməyə və
əməkdaşlığımızı
genişləndirməyə davam edəcəyik.
Azərbaycan.- 2022.- 22 dekabr.- S.6.