Azərbaycan Respublikası Prezidentinin
2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq
edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"də
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 6, maddə 542; 2013, ¹ 1, maddə 29, ¹ 2, maddə 117, ¹ 3, maddə 246, ¹ 8, maddə 909, ¹ 10, maddə 1155, ¹ 12, maddə 1514; 2014, ¹ 5, maddələr 477, 487, ¹ 9, maddə 1027, ¹ 12, maddə 1577; 2015, ¹ 3, maddə 271, ¹ 9, maddə 1005, ¹ 11, maddə 1322, ¹ 12, maddə 1448; 2016, ¹ 2 (II kitab), maddə 273, ¹ 5, maddələr 859, 864, ¹ 8, maddə 1384, ¹ 9, maddə 1464, ¹ 10, maddə 1647, ¹ 11, maddə 1835; 2017, ¹ 3, maddə 353, ¹ 4, maddə 545, ¹ 5, maddə 807, ¹ 8, maddə 1521, ¹ 10, maddə 1797; 2018, ¹ 2, maddələr 191, 215, ¹ 3, maddə 427, ¹ 4, maddə 659, ¹ 7 (I kitab), maddə 1462, ¹ 10, maddə 2017, ¹ 12 (I kitab), maddələr 2538, 2596; 2019, ¹ 3, maddə 406, ¹ 4, maddə 655, ¹ 5, maddələr 820, 826, 848, 852, 857, ¹ 6, maddə 1037, ¹ 12, maddə 1936; 2020, ¹ 1, maddə 7, ¹ 8, maddə 1039, ¹ 10, maddə 1247; 2021, ¹ 1, maddələr 16, 36, ¹ 6 (I kitab), maddə 567, ¹ 8, maddə 919, ¹ 11, maddə 1211, ¹ 12, maddə 1367; 2022, ¹ 1, maddə 29, ¹ 4, maddələr 302, 323, ¹ 5, maddə 475, ¹ 6, maddə 594, ¹ 8, maddə 874; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 27 oktyabr tarixli 1865 nömrəli və 10 dekabr tarixli 1901 nömrəli fərmanları) ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:
1. 1.3-cü bənddən ", Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin fərman və sərəncamlarını, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını" sözləri çıxarılsın.
2. 2.4-cü və 2.7-ci bəndlərdən ", Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri ilə" sözləri çıxarılsın.
3. 3.1.2-ci yarımbənddən ", Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin tapşırıqlarını" sözləri çıxarılsın.
4. 3.1.22-ci yarımbəndin ikinci cümləsi çıxarılsın.
5. 3.2.2-ci yarımbənddən ", Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinə" sözləri çıxarılsın.
6. 4.1.3-cü yarımbənddən ", Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə" sözləri çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 dekabr
2022-ci il
Azərbaycan.- 2022.- 23 dekabr.- S.3.