Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının
Minatəmizləmə Agentliyinin
yaradılması haqqında" 2021-ci il
15 yanvar tarixli 1251
nömrəli və "Azərbaycan Respublikasının Minatəmizləmə
Agentliyinin fəaliyyətinin təmin edilməsi
haqqında" 2021-ci il 2 fevral
tarixli 1276 nömrəli fərmanlarında
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. "Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 15 yanvar tarixli 1251 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, ¹ 1, maddə 21) 3.2-ci bəndində "3 (üç)" sözləri "4 (dörd)" sözləri ilə, "və onun" sözləri ", onun birinci müavinindən və" sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 1276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, ¹ 2, maddə 118) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin Nizamnaməsi"ndə aşağıdakı dəyişikliklər edilsin:
2.1. 4.3-cü bəndin ikinci cümləsində "3 (üç)" sözləri "4 (dörd)" sözləri ilə, "və onun" sözləri ", onun birinci müavinindən və" sözləri ilə əvəz edilsin;
2.2. 4.4-cü bəndə "icrasını" sözündən sonra "birinci müavini, birinci müavini müvəqqəti olmadıqda isə" sözləri əlavə edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 dekabr
2022-ci il
Azərbaycan.- 2022.- 23 dekabr.- S.3.