Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası
Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi
tədbirləri haqqında" 2009-cu il 9
fevral tarixli 48 nömrəli
və "Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında" 2019-cu il 16 oktyabr tarixli
842 nömrəli fərmanlarında
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2021-ci il 24 dekabr tarixli 440-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. "Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 2, maddə 61, ¹ 7, maddə 533, ¹ 10, maddə 780, ¹ 12, maddə 983; 2010, ¹ 2, maddələr 77, 80; 2011, ¹ 2, maddə 85; 2015, ¹ 2, maddə 108, ¹ 9, maddə 988; 2016, ¹ 9, maddə 1479; 2017, ¹ 5, maddə 771, ¹ 6, maddə 1081; 2018, ¹ 1, maddə 47, ¹ 3, maddə 450, ¹ 5, maddə 912, ¹ 12 (I kitab), maddələr 2556, 2572; 2019, ¹ 3, maddə 409, ¹ 5, maddə 834, ¹ 10, maddə 1587; 2021, ¹ 9, maddə 988; 2022, ¹ 8, maddə 874) aşağıdakı dəyişikliklər edilsin:
1.1. həmin Fərmanla təsdiq edilmiş Əlavə II - "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə" üzrə:
1.1.1. 8.15-ci bənddən "birdəfəlik təyinatlı" sözləri çıxarılsın;
1.1.2. 8.21-ci bənddən "toplu maliyyə balansını tərtib etmək və" sözləri çıxarılsın;
1.1.3. 9.2-ci bənddən "aylıq," sözü çıxarılsın;
1.2. həmin Fərmanla təsdiq edilmiş Əlavə III - "Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi haqqında Əsasnamə"nin 10.7-ci bəndindən "aylıq," sözü çıxarılsın.
2. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 oktyabr tarixli 842 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, ¹ 10, maddə 1587) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi haqqında Əsasnamə"nin 3.0.18-ci yarımbəndindən "toplu maliyyə və" sözləri çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 dekabr
2022-ci il
Azərbaycan.- 2022.- 23 dekabr.- S.3.