Z.İ.Fəti-zadənin Azərbaycan Respublikası
Maliyyə Monitorinqi Xidmətinin İdarə
Heyətinin sədri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Zaur İntiqam oğlu Fəti-zadə Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri təyin edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 dekabr
2022-ci il
Azərbaycan.- 2022.-23 dekabr.- S.4.