Sumqayıt Apellyasiya Məhkəməsinin hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında

 

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

 

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 1. Aşağıdakı hakimlər vəzifələri dəyişdirilərək Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:

Cabbarova Gülnar İnqilab qızı,

İsmayılov Azər İbrahim oğlu,

Mahmudov Ayaz Akif oğlu,

Rəhimli Lalə Elxan qızı,

Süleymanova Almaz Məhərrəm qızı.

2. Aşağıdakı hakimlər vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri vəzifəsindən azad edilsinlər:

Quliyev Telman Osman oğlu,

Tağızadə Gülnarə Fikrət qızı.

3. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

 

Sahibə QAFAROVA,

Azərbaycan Respublikası Milli Məclisinin Sədri       

Bakı şəhəri, 23 dekabr 2022-ci il

 

Azərbaycan.- 2022.-24 dekabr.- S.6.